Imam Əli (ə) Məscidində növbəti cümə namazı qılındı
Ötən gün Marneuli şəhərinin mərkəzi məscidi İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin Sədri cənab Hacı Rasim Məmmədovun İmamlığı ilə cümə namazı qılındı. Hacı birinci xütbəsində Şəban ayının fəzilətindən, Quranda adları çəkilən "Tuba" və "Zəqqum" ağacları haqda danışaraq onların şəban ayı ilə bağlılığını izah etdi. Allah-Təala Qurani- Kərimdə buyurur: "Şadlıq və sevinc, pak həyat, uca Cənnət və "Tuba" ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və inların gözəl bir dönüşləri vardır." (Rəd surəzsi, ayə.29). Şübhəsiz (cəhənnəmin dibindən bitən və budaqları onun bütün təbəqələrinə çatan) "Zəqqum" ağacı. Peşəsi günah olan kəsin yeməyidir. O qarınlarında qaynayan əridilmiş mis kimidir. Qaynar suyun qaynaması kimi.!..........(Duxan surəsi, ayə; 43-50) Belə ki, xeyr əməllər var ki, şəban ayında insanı "Tuba" ağacına yaxın edər və günahlar isə "Zəqqum" ağacına yaxınlaşdırar... Hacı ikinci xütbəsində sorğu-sualı olmadan Cənnətə gedən dəstədən və heç bir sorğu-sualı olmadan Cəhənnəmə daxil edilən dəstədən və onların bu hallarına səbəb olan fərqli əməllərindən danışdı. İmam Cümə həmçinin məntəqədə olan müəyyən problemlərdən o cümlədən bəd hicablıqla mübarizənin zəruriliyindən söz açaraq dedi: Hicab İslami vacib olmasından əlavə həmdə qeyrət məsələsidir buna görə hər bir müsəlman bu ilahi tapşırığın düzgün şəkildə həyata keçməsinə çox çalışmalıdır. Cümə namazından sonra Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (UGMADİ) təşkilatçılığı ilə şirniyyat süfrəsi açıldı. ahlibeyt.ge Oxşar xəbərlər
|