Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu ildə mübarək Qədr gecəsi qeyd olundu
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu ildə mübarək Qədr gecələri qeyd olunur. Ötən gün Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Zeynəb (s)” Qadınlar Birliyi birinci Qədr gecəsi münasibəti ilə əhya gecəsi təşkil etdi. Gecədə dəyərli ruhani Hacı Fariz Rəcəbov Qədr gecəsi, onun əzəmətindən və eyni zamanda salehə qadınların xüsusiyyətlərindən danışdı. Alim vurğuladı ki, cəmiyyətin islahında qadınların rolu daha çoxdur. Ona görədə qadınlar öz əməl və rəftarlarında daha diqqətli olmalıdırlar. Məclisin davamında Qum elmi hövzəsinin tələbəsi Elçin Cəfəri həzrət Əlinin (ə) məqam və şəhadətindən danışdı, rözə və mərsiyyə ilə sözünü yekunlaşdırdı. Sonra gecənin davamında Qədr gecəsinin əməlləri yerinə yetirilərək dualar oxundu. ahlibeyt.ge Oxşar xəbərlər
|