Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində 2-ci qədr gecəsi keçirildi
Mьəllif: admin1
Tarix: 8-07-2015, 17:10
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində 2-ci qədr gecəsi keçirildi

Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində hər il olduğu kimi bu ildə mübarək Qədr gecələri qeyd olunur.
Bu gecə Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Zeynəb (s)” Qadınlar Birliyi ikinci Qədr gecəsi münasibəti ilə əhya gecəsi təşkil etdi.

İki hissədən təşkil olunmuş gecənin birinci hissəsi Qum elmi hövzəsinin tələbəsi Elçin Cəfərinin mübarək Quranın tilavəti ilə başlandı.

Sonra Elçin Daşdanzadə sözü Qum şəhərində təhsil alan dəyərli ruhani seyid Mir Ismailə verdi.

Gecədə xətib Qədr gecəsi nazil olan Qurani-Kərimdən və onun insanlar üçün hidayət kitabı olmasından danışdı. Söhbətinin davamında isə “bu gecə dua, razu-niyaz gecəsidir” vurğulayan alim, hər kəsi fürsəti dəyərləndirməyi tövsəyi etdi.

Daha sonra məclis Elçin Cəfərinin imam Əlinin (ə) şəhadəti münasibəti ilə səsləndirdiyi şer mərsiyyələrlə davam etdi. Məclisin birnci hissəsi dualarla yekunlaşdı.
Gecənin davamında Qədr gecəsinin əməlləri yerinə yetirilərək dualar oxundu.
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində 2-ci qədr gecəsi keçirildi
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində 2-ci qədr gecəsi keçirildi


ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930