Ötən gün Gürcüstan Əhli Beyt (ə) cəmiyyətinin Hüseniyyəsində Məhərrəm ayının üçüncü günü münasibəti ilə əza məclisi təşkil olundu.
Məclisdə Marneuli İmam Riza (ə) mədrəsəsinin müdüri dəyərli ruhani Hacı Əziz Nəbiyev İmam Huseynin (ə) hədəfindən, dinin insan həyatındakı əhəmiyyətindən və insanın əsl həyatının mənəvi həyat olmasından danışdı.
Daha sonra məclis Əhli Beyt (ə) məddahı Kərbəlayı Rzanın səsləndirdiyi rozə və mərsiyyələrlə davam etdi.
Məclisin sonunda məclis iştirakçılarına İmam ehsanı verildi.
Ahlibeyt.ge