İmam Əli (ə) məscidində Gürcüstan “Əhli-Beyt (ə)” cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imaməti ilə cümə namazı qılındı (Foto)
İmam Əli (ə) məscidində Gürcüstan “Əhli-Beyt (ə)” cəmiyyətinin sədri Hacı Rasim
Məmmədovun imaməti ilə cümə namazı qılındı.Hacı Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və
salavatdan sonra bir daha özünü və bizləri təqvalı olmağa çağırdı.Sonra təqvanın nişanələrindən və təqvaya mane olan əməllərə toxundu.Bu günki cümədə İmam cümə Hacı Rasim Gürcüstanda İmam Hüseyn (ə) əza saxlamağın tarixindən və Gürcüstanda ilk əza saxlayan şəxs Peyğəmbər səhabəsi Salman ibn Rəbieyi Bahili olduğunu açıqladı. Hacı Rasim vurğuladı ki tarixi dəlillərə əsasən Gürcüstanda ilk əza məclisi miladi 646-647 tarixlərinə təsadüf edir.İmam cümə Peyğəmbər səhabəsi Salman ibn Rəbieyi Bahili İmam Hüseyn (ə) və onun qiyamı haqda eyni zamanda Peyğəmbərin (s) İmamın (ə) daim yanında olma tapşırığı haqda hədis nəql etdi.İmam cümə birinci xütbəsinin sonunda biz müsəlmanların dövrün İmamının (ə) daim əlindən yapişmağa çağırdı və buyurdu ki, batil bir mühitdə yaşayıb dolaşdığımız zaman bilsinlər ki, biz haqq İmamın (ə) yavəriyik.Çünki İmam Hüseyn (ə) zamanında olduğu kimi indidə haqq və batil tərəf var.
Ahlibeyt.ge