2016-cı ilin ilk cümə namazı qılındı (Foto)
Mьəllif: admin1
Tarix: 1-01-2016, 19:46
2016-cı ilin ilk cümə namazı qılındı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılınıb.
Cümə namazından öncə möhtərəm imam cümə mənəvi və ictimai-siyasi olmaq üzrə iki xütbə söyləyib.

Birinci xütbəsində özünü və camaatı ilahi təqvaya riaət etməyə çağırdıqdan sonra ilahiyyatçı böyük İslam peyğəmbərinin (s) təvəllüd günləri olduğuna görə müsəlmanların o Həzrətin (s) qarşısında olan borc və vəzifələri haqqında danışdı və söhbətinin davamında Qurani Kərim əsasən müsəlmanların Peyğəmbər qarşısında olan borcların iki hissəyə bölüb:
1.İcabi- yəni bizim o Həzrət (s) üçün və Ona xatir yerinə yetirəcəyimiz işlər.
2.Səlbi – yəni çəkinməyimiz vacib olan əməllər olması haqda geniş məlumat verdi.


İmam cümə eyni zamanda Peyğəmbərə əziyyət verən əməllərdən çəkinməli olduğumuzu və Bu haqqda Qurani-Kərimin bir neçə surə və ayələrdə qeyd gətirdiyini vurğaladı.

İlahiyatçı birinci xütbəsinin sonunda Peyğəmbərin buyurduğu “altı qrup insanı Allah və bütün peyğəmbərlər (s) lənətləyib. Onlardan biri mənim (vacib olan) sünnələrimi tərk edənlərdir.” hədisini nəql etdi və hicabın Quranın “Əhzab” və “Nur” surələrində, peyğəmbərin (s) sünnə və hədislərində vacib edildiyi və buna əsasən də evindən hicabsız çıxan qadın, həmçinin, kişi öz namusunun (xanımı və ya qızını və s...) hicabsız naməhrəm qarşısına çıxmağına icazə verməyi ilə Peyğəmbərə əziyyət vermiş olur deyə söhbətini tamamladı.
İkinci xütbəsində də özünü və camaatı ilahi təqvaya riaət etməyə dəvət edən imam-cümə Qeybət dövründə yaşayan insanların fəzilət və dəyərindən danışdı.

İlahiyyatçı hədislərə əsaslanaraq qeybət zamanın qızıl bir zaman olduğunu vurğulayaraq zühur intizarı ilə yaşayan insanların ən üstün insanlar olduğunu bildirdi və İmam Sadiqdən (ə) “ Hər kəs İmam Zamanın (ə) zühurunu gözləyərək dünysını dəyişsə Allah yolunda cihad edib şəhid olan şəxs kimidir.” hədisini nəql etdi.

Sonra imam cümə söhbətini İmam Sadiqin (ə) “ Hər kəs istəsə İmam Zamanın (ə) səhabələrindən olsun onda intizar çəkərək müntəzirlərdən olsun və əməllərini təqva və vərə ilə yerinə yetirərək gözəl əxlaqa yiyələnsin” Hədisini vurğulayıb həqiqi müntəzirlərin şərtlərini açıqladı.



2016-cı ilin ilk cümə namazı qılındı (Foto)
2016-cı ilin ilk cümə namazı qılındı (Foto)

2016-cı ilin ilk cümə namazı qılındı (Foto)
2016-cı ilin ilk cümə namazı qılındı (Foto)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930