Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən “ Zeynəb (s.ə)” Qadınlar Birliyinin təşkilatçılığı ilə Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumə (s.ə) şəhadət günü münasibəti ilə “ Son İmam və xanım Məsumə (s.ə)” adlı elmi seminar keçirildi.
Əl Mustafa Beynəlxalq Universitetinin tələbəsi Hafizə Hüseynovanın Quran tilavəti ilə seminar açıq elan olundu.
Sonra seminarın aparıcısı Emiliya Səfərova Azərbaycan xalqının tarix səhifəsinə qanla yazılan 20 yanvar hadisəsini və həmin gün canlarını azadlıq uğrunda qurban verən şəhidləri yad etdi.
“Zeynəb (s.ə)” Qadınlar Birliyinin müəlliməsi Esmira Nəsibova Xanım Məsumə (s.ə) və onun hərəminin fəzilət və üstünlüyündən danışdı. Dəyərli İmam Sadiqin (ə) hədisinə əsaslanaraq Qeybət dövründə Xanım Məsumənin (s.ə) hərəminin əhəmiyyətindən söhbət açdı.
Sonra Bakı şəhərində fəaliyət göstərən “ Nərgiz Qadınlar Cəmiyyətinin sədri Səidə Səmədova Qeybət dövründə Əhli-beyt (ə) dostlarının vəhdaniyyətindən danışdı.
Nərgiz Qadınlar Cəmiyyətinin sədr müavini Məleykə Aslanzadə “Zuhur dönəmində möminlərin vəzifələrindən” danışdı
Eyni zamanda məclisdə qonaq olan Qum Elmi hövzəsinin ustadlarından dəyərli alim Məhəmməd Bagir Sayvəri Xanım Məsumənin dəyər və fəzilətini hədislərə əsaslanaraq öz söhbətində açıqladı.
Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvü olan Günay Quliyeva qonaqlara həm Xanım Məsumə (s.ə) həm də 20 yanvar hadisəsini yad edib təsliət bildirdi.
Məclisin davamında Nərgiz Qadınlar Cəmiyyətinin ictimai əlaqələr üzrə nümayəndəsi Sevinc Məmmədova “Zühur dönəmində ailələrin vəziyyətindən danışdı.
Məclis dua və ehsan süfrəsi ilə yekunlaşdı.