Bu gün Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin Huseyniyyəsində əziz Peyğəmbərimizin (s) nəvəsi Həzrəti Zeynəb (s.ə)-in təvəllüdü münasibəti ilə tədbir keçirildi.
Məclisdə həmçinin Əhli-Beyt (ə) mədəni, maarif cəmiyyətinin müəllimləri tərəfindən, tələbələrin valdeyinlərinə il ərzində olan təhsilin program və tədbirlərinin həsabatını təqdim etmək üçün geniş yer ayrılmışdı.
ilk öncə Elçin Daşdanzadə Əhli-Beyt (ə) sevərləri, tələbələri və valideyinləri salamlayıb, Həzrəti Zeynəb (s.ə)-in təvəllüdü münasibəti ilə təbrik etdi. Məclis İntizar Haacıyevin Quran tilavəti ilə açıldı.
Aparıcı Elçin Daşdanzadə Həzrəti Zeynəb (s.ə)-in həyatından, qəhramanlığını və nümunəvi bir qadin olduğunu çatdırdı.
Daha sonra Əhli-Beyt (ə) Cəmiyyətinin tədris şöbəsinin məsulu Elçin Məmmədov Əhli-Beyt (ə) Cəmiyyətində keçirilən dərslər haqqında hesabat verdi.
Tədbirdə çıxış edən Cəmiyyətin müəlliməsi Rəna Elçiyeva uşaqların inkişafı və təhsilində valideynlərin müəllimlərə yardımçı olmalarını xüsusi vurğuladı.
Həmçinin müəllimə Esmira Nəsibova tələbələrin inkişafı və istedadlarının üzə çıxması üçün dərslərdən əlavə programların təşkil edildiyi haqqında valideynlərə məlumat verdi.
Təbrik üçün Quran qarisi və müəllimi Fuad İsayev məclis iştirakçılarının bayramını təbrik edərək həmçinin cəmiyyətdə bu günə kimi onlarla tələbənin Quran qiraətini öyrəndiyini bildirdi.
Əhli-Beyt (ə) cəmiyyətinin tələbəsi Məşhədi Anar Həzrəti Zeynəb (s.ə) və məsumların şəninə surudlar səsləndirdi eyni zamanda məclisə dəvət edilmiş "CƏNNƏTDƏ" ilahi nəğmələr qurupunun rəhbəri məddah Kərbəlayi Saiddə gözəl ilahi ifa etdi.
Sonda isə tədbir "Fərəc" duası oxunduqdan sonra ziyafət süfrəsi ilə yekunlaşdı.
Tədbirdə əməyi keçən hər kəsə öz dərin təşəkkürümüzü bildiririk.