“Allah göylərin və yerin nurudur” (Foto)
Mьəllif: admin1
Tarix: 11-03-2016, 16:04
“Allah göylərin və yerin nurudur” (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.

Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və müsəlmanları təqvalı olmağa çağırdı.

Hacı Rasim Məmmədov birinci xütbəsində “Nur” surəsinin 35-ci ayəsinin təfsirindən danışdı.

“Allah göylərin və yerin nurudur” çox gözəl və dərin mənalı bir ifadə!

Bu ifadəni dərk etmək üçün “nur”un nə olduğunu və Allah bu kəlmədə nəyi iradə etdiyini izah etmək lazımdır.

“Nur” kəlməsini təfsir alimləri bir neçə mənada təfsir ediblər, o cümlədən:

1. Qurani Kərim.
2. İman.
3. İlahi hidayət.
4. İslam ayin və mədəniyyətləri.
5. Şəxsən Peyğəmbərin (s) özü.
6. Məsum imam və rəhbərlər.
7. Elm.


“Tövhid” kitabında nəql olunur ki, İmam Rza (ə)-dan bu ayənin təfsiri haqqında soruşanda o Həzrət (ə) buyurdu: “O, göylərin və yer əhlinin hidayət edənidir.”


İmam-cümə Hacı Rasim Məmmədov ikinci xütbəsində, "Əyyami Fatimiyyə (s.ə)"- Fatimə (s.ə) günlərindən danışdı.

Bu münasibətilə Peyğəmbərə (s) İmam Zaman (ə.f) və Fatimilərə (s.ə) baş sağlığı verib və xanım Zəhranın (s.ə) fəzilətindən danışaraq əlavə etdi ki, xanımın fəziləti o qədər idi ki, Peyğəmbər (s) onun haqqında buyurdu "Fatimətu ummi əbiha" Fatimə (s.ə) atasının anasıdır. Həzrəti Zəhra (s.ə) tək qadınlara deyil, həmdə kişlərə və bütün insanlığa, bəşəriyyətə nümunə idi.

İmam Zaman (ə.f) onun haqqında buyurur: Anamız Fatimə (ə.f) mənədə örnək və nümunədi.


“Allah göylərin və yerin nurudur” (Foto)
“Allah göylərin və yerin nurudur” (Foto)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930