GÜRCÜSTANDA “GÜNDÜZLƏR GECƏ OLARDI” ADLI ŞƏBİH TAMAŞA SƏHNƏLƏŞDİRİLDİ
![]() Bakıdan dəvət olunan “Müntəzir” teatr qrupu Allah elçisinin rehlətindən sonra cigər parasının ömrünün son əzablı günlərindən, Xanım Zəhraya (s.ə) qarşı edilən zülm və haqsızlıqdan bəhs edən tarixin səhifələrini bədii üslubda tamaşaçılara təqdim etdi. Qəmli tarixi məqamları əks etdirən tamaşa qaranlıq fəzada, qəmli musiqi tərtibatı və məddahların rövzə və mərsiyələri ilə tamaşaçıları kədərləndirərək maariflənmələrinə səbəb oldu. Çıxışı zamanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi tamaşanın keçirilməsində zəhməti keçən və əməkdaşlıq edən təşkilat və şəxslərə də təşəkkür edərək minnətdarlığını bildirib. Quran tilavəti ilə başlayan tamaşa söhbət və dualarla sona çatdı. Sonda iştirakçılara ehsan paylanıb. Qeyd edək ki, “Müntəzir” teatr qrupunun bu tamaşası Marneuli şəhər Mədəniyyət evində də səhnələşdirilmişdi. ![]() ![]() ![]() ![]() ![]() Oxşar xəbərlər
|