Tiflis cümə məscidi və Həzrəti Zəhra (ə) mədrəsəsi
Mьəllif: admin1
Tarix: 13-02-2019, 16:14
Tiflis cümə məscidi və Həzrəti Zəhra (ə) mədrəsəsi
Bir məlumata görə bu məscid 1864-cü ildə tikilibdir, bu məscidin tikintisinə vaxtilə Tiflisdə səfərdə olan Hacı Zeynalabdin Tağıyev də yardım edib. Bəzi köhnə fotoşəkillərdən göründüyü kimi burada
digər bir məscidin mövcud olmasi nəzəri cəlb edir. Məscidin iki mehrabı var. Bu məsciddə 150 ilə yaxındır ki, hər iki məzhəbin nümayəndələri dostluq və qardaşlıq şəraitində vəhdəti hifz edərək birgə ibadət edirlər.

Bu məscid sovetlər dövründə fəaliyətdə olmuş, namaz qılınmış, məhərrəm məclisləri keçirilmişdi. Buraya ibadət etməyə əsasən Kazan tatarları və azərbaycanlılar gəlmişlər. 1996-cı ilin payızında məsciddə Qafqaz müsəlmanları idarəsinin nümayəndəliyi təsis edildi. 1998-ci ildən məscidin nəzdində mədrəsə fəaliyyətə başladı. Burada cümə günləri müxtəlif ölkələrdən gəlmiş yuzlərlə müsəlmanlar yerli möminlərlə birgə namaz qılırlar.

Məsciddə bayram namazları qılınır, məhərrəmdə Aşura günü minlərlə İmam Hüseyn (ə) əzadarı toplaşır. Burada iki dəfə, 1997-98-ci illərdə Bakıdakı İran mədəniyyət mərkəzinin maddi dəstəyi ilə nəqqaşlıq-tərribat işləri görülmüş, 2007-ci ildə isə Alul-Beyt təşkilatının sponsorluğuyla divarlarda klassik kaşımozaika işləri görülmüşdü.

Məscidə Türkiyədən hacı Əliəkbər Salmanlı namazlıq palazlar hədiyyə etmişdir. Həyətdə xeyriyəçilərin yardımıyla dəstəmaz yeri və təharətxana tikildi.


Həmçinin bir neçə il öncəyə qədər Tbilisi “Cümə məscidi” nəzdində Həzrəti Zəhra (ə) mədrəsəsi də fəaliyyət göstərirdi.

Bu mədrəsə 1998-ci ildə yerli ruhanilərin və Qum şəhərində yerləşən “Xaricdəki mədrəsələr idarəsinin” qarşılıqlı əməkdaşlığı ilə təsis edilmişdir. Burada ağayi Xızırlı, Rizvan İsmayılov, Fərhad Cəlilxoca, ağayi Təhmasibi, ağayi Məlikpur, ağayi Təbatəbai, Ramin İgidovun və başqalarının zəhməti olmuşdur.

Mədrəsə əvvəl İmam Əli (ə) adına olub və əsasən oğlan uşaqları təhsil alırdı. 2006-cı ildən qadınların ali dini təhsil almasını təmin etmək üçün mədrəsinin təyinatı dəyişdirilərək Həzrət Zəhra (s) adına qızlar mədrəsəsi təsis olundu.

Burada qızlara islam tarixi, əxlaq, ərəb-fars, gürcü, ingilis dilləri, Quran öyrədilir, kulinariya, toxuculuq, kompyuter kursları keçirilidi. 2006-cı ildə Minarə xanım Nəbiyeva mədrəsənin müdiri oldu. Buranın təşkilati və təhsil məsələlərinə ağayi Sadiqipənah başçılıq edirdi. Mədrəsə, ailələri islam təlim-tərbiyəsiylə yaxından tanış etmək üçün “Nümunəvi ailə” adlı jurnal çap etməyə başladı. Burada müxtəlif mövzularda rubrikalar açılıb, oxucuların dini-mənəvi inkişafını yüksəltmək üçün dərin məzmunlu yazılar dərc edilirdi.

Mədrəsənin fəaliyyətlərindən biri də dini bayram və şəhadət günlərini qeyd etmək idi. Burada mədrəsə tərəfindən “Alul-Beyt” cəmiyyətinin böyük zalında Hz. Zəhranın (s) və Peyğəmbərin (s) təvəllüd günlərini yüzlərlə qonaqların iştirakıyla təşkil etdiyini xüsusi qeyd etmək lazımdır. Mədrəsə fəaliyyət göstərdiyi zaman onlarla xanım təhsil alırdılar.

Mədrəsənin məsulları, tələbələrin elmi-intellektual səviyyəsini yüksəltmək üçün tez-tez müxtəlif muzeylərə, Gürcüstanın tarixi və görməli yerlərinə səfərlər təşkil edirdilər. Bir neçə il öncə bu mədrəsə müxtəlif səbəblərdən bağlandı və Ponicala (soğanlıq) deyilən ərazidən yeni bina alınaraq orada fəaliyyətini davam etdirir.

Hal-hazırda Məscid öz fəaliyyətini davam edir və əvvəllər mədrəsə olan məkan isə Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Kitabxana və Müslim-media internet tv-si fəaliyyət göstərirlər. (Gürcüstanda islam abidələri)


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031