Tbilisi, Soğanlıq “Əhli-beyt (ə)” məscidi (Foto)
Mьəllif: admin1
Tarix: 18-02-2019, 12:13
Tbilisi, Soğanlıq “Əhli-beyt (ə)” məscidi (Foto)

2006-cı ildə böyük müctəhid və mərcəi-təqlid Ayətullah Həkim cənablarının Qum şəhərindəki dəftərxanasının rəhbəri cənab Seyid Riyaz Həkimin göstərişi ilə Qardabani şəhərində yerləşən “Əl-hikmət” təşkilatının sədri hacı Niyazi Əmirxanovun, axund hacı Rahidin, kərbəlayi Vidadi Qurbanovun və yerli möminlərin gərgin əməyi sayəsində məscid tikintisi üçün yer alındı.

2008-ci il may ayının 15-də isə kənd camaatı və yerli idarəetmə orqanları işçiləri, millət vəkillərinin köməyi ilə məscidin təməlqoyma mərasimi oldu.

Məscidin axundu Gürcüstanın tanınmış ruhanilərindən olan hacı Rahiddir. O, İran İslam respublikasının Qum şəhərində ali dini təhsil almış din xadimi və gözəl səsə malik Quran qarisidir (oxuyan).

Hal-hazırda məscid Gürcüstanın ən aktiv məscidlərindən biridir və məsciddə dini dərslər tədris olunur, Məsumların (ə) təvəllüd və şəhadət mərasimləri qeyd edilir, Dua mərasimləri keçirilir, Müqəddəs məkanların ziyarəti təşkil olunur və məscidin nəzdində xeyriyyə fondu fəaliyyət göstərir.

(Gürcüstanda islam abidələri)

Hazırladı: Ramin Əli

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930