Marneuli İmam Hüseyn (ə) adına məscid (Foto)
Minasazlı deyilən məhəllədə iki məscid yerləşir. Birinci məscidi camaat inşa edibdir.
Birinci məscidin tikintisinin təşkilatçısı, xalq arasında böyük hörmət və nüfuz sahibi, İranın müqəddəs şəhərlərində dərin dini təhsil almış molla Binnət oğlu Məhəmməd olmuşdur. Məscidin tikintisində hamının iştirakını təmin etmək üçün, vaxtilə həzrət Peyğəımbərimizin (s) bir məsləhətini əsas götürmüşdü (Məkkədə, Kəbə evinə müqəddəs Qara daşın kim tərəfindən bərkidiləcəyi barəsində tayfalar arasında ixtilaf düşdüyünü görən pak Peygəmbərimiz (s) Qara daşı öz əbasının arasına qoydurmuş, hər tayfanı bir küncündən tutmasını buyurmuşdu. Bundan sonra O cənab Qara daşı götürüb Kəbə evinin küncünə bərkitmişdi). Bu məscidin axundu da elə o şəxs olub. Axund Binnət oğlu Məhəmməddən sonra məscidin dini işlərinə məşədi Avdı oğlu molla Xəlil rəhbərlik etmişdir. Molla Xəlil dini təhsilini və Quran oxumagı mərhum Mir Məhəmmədhüseyn ağadan (Qara seyiddən) almışdı. Sonralar Sovetlər dövründə məscid məktəb və kitabxana kimi istifadə edilmişdi. Sovetlər dağıldıqdan sonra bir qrup ağsaqqaların təşəbbüsü ilə yenidən məscid kimi istifadəyə verilmişdir. 1997-ci ildə hacı Əziz Nəbiyev ali dini təhsilini bitirib vətənə qayıtdıqdan sonra İmam Hüseyn (ə) adına olan məscidin axund vəzifəsini yerinə yetirib və axundun və möminlərin dəstəyi ilə məsciddə çox sayda mühüm işlər görülübdür. İkinci məscid isə 2007-ci ildə məscidin kənarında 523 kv.m torpaq ərazisi axundun və yerli əhalinin və bir sıra iş adamlarının təşəbbüsü ilə alınmışdır və Ayətullah Sistaninin nümayəndəsi Ayətullah Şəhristanın və yerli möminlərin maddi və mənəvi dəstəyi ilə hazırda burada 2 mərtəbəli böyük məscid inşa olunubdur. 1997-ci ildən Hacı Əziz Nəbiyev məscidin axund vəzifəsini icra edir. Məscidin imamcamaatı isə Kərbəlayi Kamil Muradovdur. Bu məsciddə şura üzüvlərinin dəstəyi ilə xeyriyyə fondu fəaliyyət göstərir. Həmçinin məscidin nəzdində “Quran evi” fəaliyyət göstərir ki, Quran və dini maarif dərsləri keçirilir, camaat namazları qılınır, dua məclisləri təşkil olunur və Məsumların (ə) təvəllüd və şəhadət mərasimləri geniş şəkildə keçirilir. (Gürcüstanda islam abidələri) Hazırladı: Ramin Əli Ahlibeyt.ge Oxşar xəbərlər
|