Sirat – cəhənnəmin üstündən keçən bir körpüdür. Bu körpüdən kimlər salamat keçəcək?
Mьəllif: admin1
Tarix: 6-04-2016, 10:32
Sirat – cəhənnəmin üstündən keçən bir körpüdür. Bu körpüdən kimlər salamat keçəcək?
Quranın buyurduğuna görə, hər birimiz bir gün cəhənnəmdən keçəcəyik. “Sizdən (insanlardan)cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra)qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. (“Məryəm” 71-72).

Bu ayələrdən göründüyü kimi ancaq təvqa əhli nicat tapacaqlar. Sirat o körpüdür ki, cəhənnəmin üstündən çəkilər. Hamı oradan keçməyə məcburdur. (Tebyan/Deyerler)

Əllamə Həsənzadə Amuli buyurur: “Həzrət Peyğəmbər (s) öz səhabələri ilə məsciddə əyləşmişdi. Qorxulu səs eşidirlər, onlar qorxurlar. Həzrət (s) buyurur: “Bilirsinizmi ki, bu nə səsdir?”. Deyirlər ki, Allah və Rəsulu (s) daha yaxşı bilir. Həzrət Peyğəmbər (s) buyurur: “70 il qabaq cəhənnəmin yuxarısından bir daş atılmışdı, indi onun dibinə çatır. Onun enməsindən bu səs meydana gəlir”.

Həzrətin (s) sözləri hələ bitməmişdi ki, Mədinə münafiqlərinin birinin evindən fəğan səsi gəldi və onun 70 yaşı var idi. Həzrət Peyğəmbər (s) buyurur: “Allahu Əkbər!”. Səhabələr başa düşdü ki, bu daş həmin münafiq imiş və Allah onu yaratdığı gündən cəhənnəmə enirdi. Ölən kimi cəhənnəm quyusunda qərar tutur. Allah Təala buyurur: “Münafiqlər cəhənnəmin ən aşağı dərəcəsindəndir”.

Beləliklə deyə bilərik ki, Siratdan salamat keçə bilən insanlar təqva əhldirlər. Bu Sirat çox dardır və insan gərək Allahın razılığı olmayan bir əməl belə yerinə yetirməsin ki, bu dar yerdən rahatlıqla keçə bilsin. “O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir”. (“Ğafir” 19).



www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930