Allah insanın abrının qorunmasına böyük önəm verir
Allah Təala rəhman və bağışlayandır. İnsanların sonsuz günahlarını əfv edir. Onlara yeni fürsətlər verir. Çünki bəndələrinin abrı Onun üçün çox mühümdür. Ona görə Allah icazə vermir ki, bir insan baqşasının abırını aparsın. Bu çirkin əməli həmişə məzəmmət edir. Allah Səttarul-uyub olduğu kimi bəndələrindən də başqalarının eyblərini gizlətməyi istəyir. Bəndələrinə icazə vermir ki, başqalarının yanında günahını etiraf etsin. Pis işlərini bəyan etsin. Bizim hər bimizin minlərlə eyblərimiz vardır. Minlərlə pis əxlaqımız vardır. Ancaq görürük ki, ətrafımızda olanların bizim haqqımızdakı düşüncələri fərqlidir. Bizi elə adlarla çağırırlar ki, özümüzü ona layiq bilmirik. Bu zaman görürük ki, Allah bizim abrımıza nə qədər əhəmiyyət verir. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Nə qədər çirkin işlər görmüşəm, onu gizlətmisən. Nə qədər layiq olmadığım sifətləri dillərə salmısan”. Biz həyatımızda bu cür halların çox şahidi olmuşuq. Dəfələrlə başqalarının tərifi qarşısında xəcalət çəkmişik. Əgər Allah istəsəydi ki, ətrafımızdakılar bizi olduğumuz kimi tanısınlar, rüsvay olardıq. Ancaq bu, bizik ki, naşakürlük edir və Allahın bu nemətinin qədrini bilmirik. Ancaq bəziləri bu tərifdən əksinə, yanlış nəticə çıxardıb, özlərini mühüm şəxsiyyət hesab edirlər. Belə hesab edirlər ki, bu qədər tərifə layiqdirlər. Bu qürur və təkəbbür çox qorxuludur. İmam Əli (ə) bu yolda bizə yardım edər və başqalarının hüsnü-zənni qarşısında nə etməli olduğumuzu bizə bəyan edir: “O kəsin ki, sənə yaxşı gümanı var, gümanını (əməlinlə) təsdiq et”. Bəzən dostlar bir-birinin səxavətinə bel bağlayaraq, onun haqqında hüsnü-zənn edir və ondan yardım diləyir. Bu zaman İmam (ə) bizə buyurur ki, onun bu gümanını boşa çıxartmamaq üçün əməldə ona yardım et. İnsan bu yolla başqalarının problemlərini həll edər, başqa bir tərəfdən isə şəxsiyyətini inkişaf etdirmiş olacaqdır. İnsanların onun haqqında olan gümanını isbat edər. Bu hüsnü-zənn adətən yaxşı əməl sahibləri üçün hasil olar. Alimlərin bəzisi deyir: “Əgər kiminsə ona qarşı sui-zənni yaranarsa, yəni onun paxıl və pis əxlaqlı olduğunu güman edərsə, bu zaman da sui-zənni yaxşı əməllə inkar etmək olar. Necə ki, yaxşı əməllə hüsnü-zənni təsdiq etmək olur”. Bu əməlin iki faydası vardır: həm insanların hüsnü-zənnini təsdiq edər. Həm də bu hüsnü-zənlə insanları xeyir işlərə tərəf cəlb edər. Beləliklə deyə bilərik ki, Allah bizim eyblərimizi gizlətdiyi kimi, biz insanlar da gərək din qardaşlarımızın eyb və nöqsanlarını gizlədək. Onların hüsnü-zənnini əməldə təsdiq edək. (Deyerler.org) Oxşar xəbərlər
|