Şayiə yaymaq - günah, sirri ifşa etmək - xəyanətdir
Mьəllif: admin1
Tarix: 7-04-2021, 14:06
Şayiə yaymaq - günah, sirri ifşa etmək - xəyanətdir

İnsan ictimai bir varlıqdır və cəmiyyətin qoynunda inkişaf edər. Bu gün rabitə və ictimai vasitələrin artdığı bir zamanda xəbərləri başqa birinə ötürmək asan olmuşdur.

Bəli, bir xəbəri bir göz qırpımında min kilometr o tərəfə ötürmək mümkündür. İnsanlar artıq sözlərini ürəklərində saxlamırlar. Hətta əz cüzi hisslərini belə başqaları ilə paylaşırlar.

Onlar səhvlərini də belə, bölüşürlər. Halbuki, hədislərimiz buyurur ki, səhvlərini heç dostuna belə demə ki, bir gün düşmənin ola bilər. O ki, qaldı bütün dünyaya.

Bu gün bu rabitə fəzasında əlimizə çox sayda xəbər çatır və biz onu ölçüb-biçmədən başqalarına rahatlıqla ötürürük. Halbuki, bu xəbərlərin bəzisi mənfi təsirlər qoymaq qabilyiyətinə malik olur. Artıq heç bir evin sirri gizli qalmır. Artıq ərlə arvad arasında olan münaqişədən hamının xəbəri vardır.

Eşitdiyiniz hər bir xəbəri araşdırmadan başqasına ötürməyin. Bəlkə həmin xəbər şayiədir və siz də onu yayaraq, günah edirsiniz. Bu xəbərlərin hər biri belə olar bilər.

Şayiə yaymaq, insanın həm dünyasına və həm də axirətinə mənfi təsirlər göstərər. Niyə əməl dəftərimizi məhv etməyə bu qədər maraqlıyıq?

Bu ictimai şəbəkələrin ziyanlarına diqqət edək.

1. Şəxsi sirləri ifşa etmək. Biz öz şəxsi sirrimizi ifşa edən zaman düşmənimizi bu silahla təhciz etmiş olarıq. Düşmən həmin bu silahla sabah bizə hücum edər və bizi məğlub edər.

Bu, özümüzə və ailəmizə etdiyimiz xəyanətdir. Əmirəl-möminin (ə) buyurur: “Öz sirlərinin simici ol, sənə tapşırılan sirri ifşa etmə ki, sirri ifşa etmək - xəyanətdir”.

2. Mənfi xəbər ətrafa yayılar. Şayiə yaymaq – mənfi xəbərin yayılması üçün ən yaxşı yoldur. Bu yolla çox sayda çirkin xəbərlər bir insandan başqasına ötürülər.

Bu yolla fəsad yayılar. İnsanlar hicabsızlığa meyl edər, cavanlar naməhrəm münasibətlərinə meyl edərlər. Nəticədə həmin qəbahətli əməllər hər kəs üçün rəngsiz olar və insanlar onu etməkdən çəkinməzlər, cürət əldə edərlər.

Allah şayiə yaymağın günahı haqqında buyurur: “Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır.

Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz”. (“Nur” 19). Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, çirkin işi yayar, o kəs kimi olar ki, onu yerinə yetirmişdir”.

3. Vaxtı hədər vermək. Hər kəs bilir ki, vaxt - qızıldır. Lakin o zaman ki, bu ictimai şəbəkələrə daxil oluruq, vaxt öz dəyərini itirir. Xülasə bu xəbərlər bizim ömrümüzü hədər edir.

Anaları və ataları görürük ki, otağın bir küncündə dayanıb bu xəbərləri oxuyurlar, lakin övladları bir şey soruşan zaman, ona kobud cavab verirlər. Bəzən saatlarla kliplərə tamaşa edirlər, ancaq on dəqiqəni namaz üçün ayırmırlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Əziz vaxtını günaha və haramlara xərcləmə ki, ən abid insan olasan. O şeyi ki, halal yolla əldə etməyi Allah sənə inayət etmişdir, razı ol ki, ən ehtiyacsız insan olasan.

Qonşuna yaxşılıq et ki, mömin hesab olunasan. Özün üçün sevdiyini başqaları üçün də sev ki, yəqin əhli olasan. Çox gülməkdən çəkin ki, çox gülmək ürəkləri öldürər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930