Bədbin olmaq olmaz. Bədbin insan öz başına bəla gətirər
Bədbin insan ətrafında olan hər şeyi qaranlıq görər. Belə təsəvvür edər ki, hamı ona xəyanət edir. Ona görə də heç kəsə etimad etməz. Bəzən insan başqaları ilə sağlam rabitə qura bilmir. Halbuki, dinimiz istəyir ki, insanlar bir-biri ilə sağlam rabitə quraraq, ictimai ziyanlardan uzaq ola bilsinlər. Bədbinlik o ziyanlardandır ki, ictimai rabitələrdə ona rast gəlmək olur. Bədbin insan başqalarının rəftarını və əməlini pis tərəflərə təfsir edər. Halbuki, onların əməlini yaxşı və müsbət tərəflərə yozmaq mümkün idi. Bədbin insan öz fikirlərini başqalarına nisbət verər və həqiqətlərdən uzaq olar. Bu insan çox əziyyət çəkər. Bədbin insanlar ancaq mənfi düşüncələrdə olur və batil şeylər fikirləşir. Bütün varlığı pisliklərlə doludur. Buna görə də hamıdan uzaqlaşar və heç kəsə etimad etməzlər. Başqalarının rəftarını pis tərəflərə yozmaq o qədər davam edər ki, küdurət dərinləşər və dostluq yolları bağlanar. Allah Təala insanlara tövsiyə edir: Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12). Hədislərimiz bizə tövsiyə edir ki, insanların rəftarını pis tərəflərə yozmaq yerinə, əksinə, yaxşı tərəflərə təfsir etməliyik. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Qardaşının etdiyi hər bir rəftar və danışığa görə üzr axtar və əgər tapmasan, üzr düzəlt”. Nikbin insan həmişə batil fikirlərdən uzaq olar. Özü üçün narahatlıq yaratmaz və günah yükünü ağırlaşdırmaz. O, sağlam düşüncəyə malik olar və bu insanın ruhu aram olar. Sağlam düşüncəsi sağlam rabitəsinə səbəb olar və başqalarının sevgisini özünə cəlb edər. /Deyerler.org/ Oxşar xəbərlər
|