İmam Zaman (ə.f) barəsində ən qısa və gözəl cümlə
İmam Zaman (ə) barəsində ən qısa və gözəl cümləni İmam Sadiq (ə) buyurub. İmam buyurur ki, əgər mən İmam Zamanıan (ə) zühur etdiyi əsridə olsaydım, ömrümün axırına kimi özümü onun (Həzrət Mehdinin ) xadimi edərdim
İmam Baqir (ə) da buyurur ki, əgər mən İmam Zamanın (ə) dönəmini görsəydim, onun əsrində yaşasaydım öz həyatımı ona xidmətə həsr edərdim (canımı ona xidmət yolunda qoyardım). Əli ibn Babvey kiçik qeybət (qeybəti - suğra) dövründə xüsusi naiblər vasitəsi ilə İmam Zamana (ə) məktub yazıb saleh övlada sahib olmaq üçün dua etməsin təmənna edir. Həzrtə Mehdi (ə) məktubun cavabında ona yazır ki, Allah – Təala sənə iki oğul verəcəkdir ki, hər ikisi fəqih, alim və xeyriyyəçi olacaqlar. Əbu Abdullah və sonralar Şeyx Səduq ləqədi il tanınan Əbu Cəfər ona nəsib olur. Bunlar Əli ibn Babveyin iki oğlanlarıdırlar. Şeyx Səduq 300 - ə yaxın kitab yazır və Şeyxül - Mühəddisin ləqəbi ilə də məhşurlaşır. Həzrət Əlinin (ə) ən çox etdiyi dua Həzrət Əlinin (ə) ən çox duası Furqan surəsinin 74 – cü ayəsində gələn istək olardı: «رَبَّنا هَبْ لَنا مِنْ أَزْواجِنا وَ ذُرِّیَّاتِنا قُرَّةَ أَعْیُنٍ وَ اجْعَلْنا لِلْمُتَّقینَ إِماماً» «Ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» Oxşar xəbərlər
|