Böyük şəxsiyyətlərin günahı
Mьəllif: admin1
Tarix: 29-04-2020, 10:51
Böyük şəxsiyyətlərin günahı
Əgər bir adam başqasının əlindən çirkli bir suyu alıb içər və xəstələnərsə, burada suyu verən şəxsi yox, onu içən təqsirləndirilir.

Cəmiyyətdə nüfuzlu şəxsiyyətlərin günahları adi adamların etdikləri günahlardan fərqlidir. Ona görə ki, adlı-sanlı adamların şəxsiyyəti iki cəhətdən formalaşıb:

1. Fərdi cəhət.

2. İctimai cəhət.

İctimai nüfuza malik olduqları üçün onların günah etməsi cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradıb, ətrafdakıları pis yola çəkə bilər.

Adi bir nümunəyə diqqət edək: Əgər bir adam başqasının əlindən çirkli bir suyu alıb içər və xəstələnərsə, burada suyu verən şəxsi yox, onu içən təqsirləndirilir.

Amma əgər bir şəxs çox gözəl xarici görünüşü olan bir dondurmanı alıb yesə və zəhərlənsə, burada dondurmanı istehsal edən zavod günahlandırılır.

Çünki bu zavoddan dondurmanın aşağı keyfiyyətdə istehsalı gözlənilmir. Böyük şəxsiyyətlər də belədir. Camaat onlardan günah hərəkət gözləmirlər.

Elə buna görə də onların günahı adi camaatın günahları ilə fərqlidir və bağışlanılmazdır.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930