Vilayət, dünyanın son sözüdür
Dünyaya məsum imam (ə), yaxud onun nümayəndəsi hökumət etməlidir
Ərdəbildə cümə namazına rəhbərlik edən Ayətullah Füruği, namazın xütbələrində camiədə iğtişaşların, narahatlığın qarşısının alınması üçün son söz sahibinin olmasının zəruriliyini vurğulayıb və İnqilabın Böyük Rəhbəri həzrət Ayətullah Xameneini camiənin son söz sahibi adlandırıb. Ustad Füruği deyib: "Ali Məqamlı Rəhbər (Allah onu qorusun), vilayət və bizim həyatımızın son söz sahibidir. Camiədə son söz sahibi olmasa, iğtişaş yaranır. İslam dünyasının, hətta bütün dünyanın problemi onun son söz sahibinin olmamasındandır. Həqiqətdə bəşər üçün heç bir sığınacaq yoxdur. Kimin sözünü qəbul edək? Kimə pənah aparaq? Kim son qərarı verməli, son sözü deməlidir? Kim ədalətlə danışmalıdır və haqqa əməl etməlidir? Aləm sığınacaqsızdır. O, xütbəsinin davamında müsəlmanların başına gələn müsibətlərin əsas səbəbini onların Qədir-Xum hadisəsini unutmalarında bilərək deyib: "İslam dünyasında yaranan iğtişaş və təlatümün səbəbi, müsəlmanların Qədir-xumu unutmalarıdır. Yəni imamət və vilayəti qəbul etməmələri. Hər kəs hər nə istəyirsə deyir. Amma şiənin bütün dünya üçün proqramı vardır və inanır ki, aləmə vilayət quruluşu hakim olmalıdır. Dünyaya məsum imam (ə), yaxud onun nümayəndəsi hökumət etməlidir. Dünyaya müqəddəs bir vücud hakim olmalıdır ki, onun ədaləti tam, sözü əsas olsun. Heç kimin ondan irəli keçməyə, yaxud sözünə əməl etməməyə haqqı yoxdur. Bu, din və məzhəbin mətnidir". (nur-az) Oxşar xəbərlər
|