Seyid Həsən Amili: “İmamət - ən aydın İlahi bürhandır”
Mьəllif: admin1
Tarix: 8-04-2016, 21:26
Seyid Həsən Amili: “İmamət - ən aydın İlahi bürhandır”

Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili deyir: “İmamət, bəşəri hidayət etmək üçün ən aydın və kamil İlahi bürhandır və İslami hökmləri kamil edir”. (abna)
Əxlaq ustadı Seyid Həsən Amili Zilhiccə ayının imamət və vilayət ayı olduğuna işarə edərək, demişdir: “Həcc dastanı - imamət dastanıdır. Həzrət İbrahim (ə) ağır imtahanı geridə qoyduqdan sonra Allah-Təala onu ümmətin İmamı seçir və o, imamlıq adını əldə etməyi bacarır. Bəs hansı səlim əql qəbul edər ki, Həzrət Peyğəmbər (s) özündən sonra ümməti üçün İmamı tanıtmasın?! Halbuki, Zilhiccə ayının ilk on günündə müsəlmanlar namaz vaxtı bu cümləni təkrar edirlər ki, Həzrət Musa (ə) ümmətinin 40 günlük hidayət olunmasında qardaşı Harunu öz canişini qərar vermişdi. Halbuki, Qədir-Xum və imamət məsələsinə zərbə vuraraq, müsəlmanlar ancaq yollarını azırlar. Bunlara zərbə vuranlar - həqiqətdə özlərini aldadırlar. Çünki imamət - dinin kamilləşməsi və nemətlərin tamamlanması deməkdir. Allah Peyğəmbərə (s) əmr edir ki, əgər imaməti elan etməsə, tövhid, məad və onun risalətinin heç bir mənası olmayacaqdır. Çünki din kamil olmayacaqdır. Peyğəmbərin (s) 23 illik zəhməti Qədir-Xum günü imamət və risalətini elan etməklə kamilləşir. Əgər bu vəzifəni yerinə yetirməsəydi, Allah onun 23 illik zəhmətini səmərəsiz hesab edərdi”.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031