Münafiqlərin acı aqibəti barədə
Quran ayələrinin bir çoxunda münafiqlərin sifəti açıqlamış və onların pis əməllərindən bəhs edilmişdir. Bu surələrdən biri də "Tövbə” surəsidir. Hədislərin bir çoxunda oxuyuruq ki, münafiqlər ən çətin can verən insanlardır. Bəs bu münafiqlər kimlərdir?
Quranda münafiqlərin sifətləri belə bəyan edilmişdir. 1. Əgər döyüş qəniməti yaxın olsa, cihadın səfəri qısa olsa, münafiqlər hazır olarlar. 2. Əgər döyüş qəniməti əldə etmək çətindirsə, yalandan and içərlər ki, əgər bacarsaydıq sizinlə gələrdik. ("Tövbə” 42). 3. Münafiqlərin hədəfə imanları olmadığına görə bəhanə axtararlar. ("Tövbə” 45). 4. Münafiqlər heç bir zaman döyüşə getməyə hazır olmazlar. ("Tövbə” 46). 5. Münafiq zalımdır. ("Tövbə” 47). 6. Münafiq fitnə ardınca olar. ("Tövbə” 48). 7. Fitnə salmaq həmişə münafiqlərin işidir. (Tövbə "48). 8. Münafiqlərin qəlbi heç bir zaman İslam dininə təslim olmaz. ("Tövbə” 48). 9. Onlar müsəlmanların qələbəsindən narahat olarlar. ("Tövbə” 50). 10. Münafiq süstlüklə namaz qılar, kərahətlə infaq edər. ("Tövbə” 54). 11. Zəngin münafiqlər çox ağır can verər. ("Tövbə” 55). 12. Münafiqlər yalandan and içərlər. ("Tövbə” 56). 13. Münafiqin tövbəsini qəbul etməkdə və iddiasına inanmaqda əcələ etməyin. Çünki yalan danışarlar. ("Tövbə” 56). 14. Münafiqlər həmişə qəlblərində qorxarlar. ("Tövbə” 57). 15. Münafiq sancar və hətta Peyğəmbərə (s) belə cürət edərlər. ("Tövbə” 58). 16. Münafiqlərin ən iti silahı təbliğdir. ("Tövbə” 58). 17. Münafiqlər öz haqlarına qane olmazlar, təkəbbürlü və məntiqsizdirlər. ("Tövbə” 58). 18. Münafiq heç bir zaman İlahi təqdirə razı olmaz. ("Tövbə” 59). 19. Münafiq hər an ifşa olacağından qorxar. ("Tövbə” 64). 20. Münafiq həqiqətdə kafirdir. ("Tövbə” 66). 21. Münafiqlər çirkin əməllərə dəvət edər və insanları xeyir işlərdən saxlayarlar. ("Tövbə” 67). 22. Cəhənnəm ilk münafiqlərə vəd edilmişdir, sonra kafirlərə. ("Tövbə” 68). 23. Münafiqlər bu dünyada möminlərlə yaşasalar da axirətdə kafirlərlə bir yerdə olarlar. ("Tövbə” 68). 24. Münafiqlərin əməlləri məhv olar. ("Tövbə” 69). 25. Münafiqlər əhdə vəfa etməzlər və məsxərə etmək onların işidir. (”Tövbə” 77-79). 26. Münafiqlər günahdan, Allaha və Peyğəmbərə (s) itaətsizlik etməkdən sevinərlər. ("Tövbə” 81). 27. Münafiqin cənazəsinə getmək və namaz qılmaq lazım deyildir. ("Tövbə” 84). (Deyerler.org) Oxşar xəbərlər
|