Dəstəmazın fəlsəfəsi və insana verdiyi faydaları
Mьəllif: admin1
Tarix: 8-09-2021, 10:45
Dəstəmazın fəlsəfəsi və insana verdiyi faydaları
“O kəs ki, dəstəmazlı yatar, yatağı onun üçün məscid olar. Yuxusu (o kəsin savabına malikdir ki) namazla məşğul olar, o zamana qədər ki, gecəni səhər edər. Əgər insan dəstəmazsız yatarsa, yatağı onun üçün qəbir olar. Murdar kimi olar və o zamana qədər ki, səhər açılar”.

Dəstəmaz almaq bəzən bizləri zəhmətə salsa da, də çox sayda fəziləti vardır. Bir çoxları həmişə gileylənirlər ki, ey kaş namazı dərtəmazsız qılardıq və soyuq havada bizə narahatlıq verir. Ancaq əgər onun fəlsəfəsini bilsək və faydalarını tanısaq həmişə dəstəmazlı olmağa çalışarıq.(Tebyan/Deyerler)

Dəstəmazın həm mənəvi və həm də cismi faydaları vardır.

Dəstəmazın gətirdiyi cismi faydalar:

1. Ömrü uzadar. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Ənəs! Çalış ki, təmiz və dəstəmazlı olasan ki, Allah ömrünü uzadar. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan, bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.

2. Hacətlər yerinə yetər. İmam Sadiq (ə) buyurur: “Mən təəccüb edirəm o kəsə ki, hacət və iş dalıncadır, halbuki, dəstəmazlı halda hacəti qəbul olar”.

3. Şəhidin savabı. Peyğəmbərimiz (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, ölüm sorağına gəlsə, bu şəxs dünyadan şəhid getmiş olar”.

4. Ruzisi artar. İmam Sadiq (ə) buyurur: “Hər kim mənzilinin xeyir və bərəkətinin artmasını istəyirsə, yemək yeyən zaman dəstəmaz alsın”.

5. Qəmi aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Yeməkdən əvvəl dəstəmaz və (əl-üzü yumaq) yoxsulluğun aradan getməsinə və ondan sonra isə qəm və qüssənin aradan getməsinə səbəb olar”.

6. Qəzəbi yatızdırar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən hər kim qəzəblənsə, dəstəmaz alsın”.

7. Dəstəmazın gigiyenik faydaları. İmam Rza (ə) buyurur: “Sübhan Allah dəstəmaz almağı əmr etmişdir ki, insan Allah dərgahında dua üçün qərar tutan zaman təmiz və pakizə olsun. Onun əmlərinə itaət etsin. Həmçinin insan dəstəmazın vasitəsilə çirkdən və nəcasətdən pak olar. Həmçinin dəstəmaza görə süstlük və yuxululuq aradan gedər. Qəlb namaz üçün və Allah Təalanın hüzurunda olmaq üçün pak olar”.

Beləliklə, bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dəstəmaz insanı nəcasət və pisliklərdən pak saxlayar. İnsan pak halda Allahın görüşünə gedər. Yəni, dəstəmaz bədənimizin sağlam olması üçün şərtdir. Belə ki, gün ərzində ən az üç dəfə yuyunar və zahir paklandığı kimi, batin də paklanar və şad olar.

Mütəxəssislərin nəzərinə görə, dəstəmaz alan zaman ağızı yaxalamaq dodaq əzələlərini təhrik edər və qan ağızdan ürəyə və oradan da beyinə tərəf hərəkət edər. İnsan burnuna su alan zaman ətraf mühitin çirklərindən azad olar və nəfəs ritmi tənzimlənər.

Bunlar dəstəmazın ancaq cismə gətirdiyi faydalardır. Dəstəmazın mənəvi faydaları da vardır ki, onlara digər bəhslərdə işarə etməyi planlaşdırırıq.



www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930