Bir yalanla müsəlmanın həyatına dəyən sarsıdıcı zərbə
Hədislərə görə yalan insanda elə üfunət yaradar ki mələklər ona yaxın durmazlar. Nəhcul-Bəlağədə yer alan bu hədisdə buyurulur ki, Bəndə yalan danışanda yaratdığı üfunətin iyindən mələk ondan bir mil aralı durar.
Allahın Peyğəmbəri buyurub ki yalan, nifaqın qapılarından biridir. Yalan danışan ya möhtaclığından onu edir ya da münafiq və təxribatçıdır. Əslində yalan danışan, vücudunda olan həqarətdən qeyri bir səbəbdən dolayı yalan danışmaz. İmam Əli (ə) buyurur ki, yalan xəyanətdir və sözlərin ən pisidir. İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan, çünki yalançı həqir və zardır və heç bir pislik yalan qədər pis deyil. Bu sadalananlar yalanın insanın mənəvi həyatına vurduğu zərbədir. Bir dindar yalan danışarsa o mənəvi həyatından əlavə maddi vəziyyətində də mənfi təsirə məruz qalacaq. Bu barədə hədisdə deyilir. Biharul-Ənvar əsərində bu barədə İmam Sadiqdən nəql edilən hədis belədir. “İnsan bir yalan danışır nəticədə (əgər gecə namazı qılandırsa) gecə namazından məhrum olur. Gecə namazından məhrum olduqda isə Allahın nəzərdə tutduğu ruzidən məhrum olur”. Oxşar xəbərlər
|