Rəğaib gecəsinin namazını qılana Peyğəmbərimiz (s) Allahın bağışlamasını vəd etmişdir
Mьəllif: admin1
Tarix: 25-01-2023, 11:44
Rəğaib gecəsinin namazını qılana Peyğəmbərimiz (s) Allahın bağışlamasını vəd etmişdir
Rəcəb ayı Allahın xüsusi aylarındandır ki, onda fəzilətli gecələr çoxdur. Bu gecələrdən biri də həmin ayın ilk cümə axşamı gecəsidir, onu Leylətul-rəğaib adlandırırlar.

Rəğaib dedikdə, yəni çoxlu əta və bəxşiş etmək, meyl və rəğbətin olduğu şey mənası hədəflənir.

Yəni, bu gecə - elə bir gecədir ki, insan ibadətə və bəndəliyə çox diqqət edər. İnsan bu gecədə Allah evinə gedib, orada Xaliqi ilə ünsiyyət qurmağa meyl edər.

Rəğaib sözünün başqa bir mənası isə Allahın çoxlu əta etməsidir. O insanlar ki, Allahın rəhmət qapısına üz tuturlar, Allah da onlara çoxlu ətalar edir.

Rəğaib gecəsinin fəzilətinin çox olmasının səbəblərindən biri budur ki, cümə axşamı gecəsindədir və bu gecələrin xüsusi bərəkəti vardır.

Bu gecələrdə çox sayda ibadət və dualar etmək məsləhət görülmüşdür.

Rəcəb ayı haram ayların birincisi olduğu üçün bu ayda İlahi rəhmət və məğfirət insanlara daha çox şamil olar.

Ona görə də Rəcəb ayını Rəcəbul-əsəb adlandırırlar. Əsəb, yəni tökülmək deməkdir.

Beləliklə də deyə bilərik ki, Rəğaib gecəsi həm cümə axşamlarının və həm də Rəcəb ayının bütün əhəmiyyət və böyüklüyünü özündə cəm etmişdir. Dəyəri iki qatdır.

Peyğəmbər (s) buyurur: “Rəcəb ayının ilk cümə axşamı gecəsindən qafil olmayın. Çünki bu, elə bir gecədir ki, mələklər onu Leylətul-rəğaib adlandırırlar.

Belə ad qoyulması ona görədir ki, gecənin üçdə birindən keçən zaman yerdə və göydə heç bir mələk qalmaz, məgər o halda ki, Kəbədə və onun ətrafında toplaşar.

Allah onlara buyurar: “Ey mələklərim, hər nə arzu edirsinizsə, Məndən istəyin”.

Mələklər deyərlər: “Bizim hacətimiz budur ki, Rəcəb ayının oruc tutanlarını bağışlayasan”.

Allah buyurar: “Bu işi yerinə yetirdim”.

Bu hədisi eşidən hər bir kəsə tövsiyə edilir ki, Rəğaib gecəsində mələklərə çoxlu salavat göndərsinlər ki, təhiyyət ayəsinin öhdəmizə qoyduğu vəzifəni yerinə yetirə bilək.

Əziz Peyğəmbər (s) buyurur: “O kəs ki, Rəcəb ayının ilk cümə axşamı gününü oruc tutar və sonra məğrib namazı ilə işa namazı arasında 12 rükət namaz qılar, hər iki rükət namazdan sonra salam verər, hər rükətdə bir dəfə “Fatihə” surəsini, üç dəfə “Qədr” surəsini, 12 dəfə “İxlas” surəsini oxuyar və namaz bitəndən sonra 70 dəfə mənə salavat göndərər, bu cür:

اللّهمّ صلّ على محمّد النّبىّ الأمىّ و على آله،

(“Allahummə salli əla Mühəmmədin-nəbiyyil-ummiyyi və əla Alih”)

Sonra səcdəyə gedib 70 dəfə deyər: سبّوح قدّوس ربّ الملائکة و الرّوح،

(“Subbuhun quddusun Rabbul-məlaikəti vər-Ruh”)

Sonra başını qaldırıb deyər: ربّ اغفر و ارحم و تجاوز عمّا تعلّم إنّک أنت العلىّ الأعظم.‏

(“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”)

Sonra yenə səcdəyə gedər və yuxarıda səcdədə dediyi duanı (“Subbuhun quddusun Rabbul-məlaikəti vər-Ruh”) deyər. Sonra da Allahdan hacətini istəyər”.

Həzrət (ə) davam edərək buyurur: “And olsun o Kəsə ki, canım Onun əlindədir! Heç bir bəndə və ya kəniz yoxdur ki, bu namazı qılsın və Allah günahını bağışlamasın.

Baxmayaraq ki, günahları dənizin dibi, qumların sayı, dağların çəkisi və ağacların yarpaqlarının sayı qədər olsa belə. Qiyamət günü atəşə layiq olan yetmiş nəfər qohumlarına şəfaət edər.

Qəbrin ilk gecəsində Allah onun savabını ən yaxşı simada, gülər üzlə və fəsahətli dillə ona tərəf göndərər ki, desin: Ey mənim məhbubum! Müjdə ver ki, hər bir çətinlikdən nicat tapdın.

Soruşar ki, sən kimsən? Deyər: “Ey mənim məhbubum, mən o namazın savabıyam ki, filan gecədə, filan yerdə yerinə yetirmisən. Bu gecə gəlmişəm ki, haqqını əda edəm.

Təkcə sənin munisin olum və qorxunu aradan aparım. Sur çalınan zaman Qiyamət səhnəsində sənə kölgə salım. Sən heç bir zaman Mövlan tərəfindən heç bir xeyiri əldən verməyəcəksən””.

Rəcəb ayında ümrəyə getmək müstəhəb əməllərdəndir. İmam Səccad (ə) Rəcəb ayında Kəbəyə gələr və gecə və gündüz namazını Kəbənin kənarında qılardı.

Gecə və gündüz səcdədə olardı. Həzrət (ə) səcdədə bu zikri deyərdi: عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِک فَلْیحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِک.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930