Bu gecə nə səbəbə “Leylətul-rəğaib” adlandırılıb?
Mьəllif: admin1
Tarix: 26-01-2023, 09:42
Bu gecə nə səbəbə “Leylətul-rəğaib” adlandırılıb?
Rəcəb ayı – Allah aşiqlərinə yeni həyat və yeni ruh verən bir aydır. O kəslər ki, Allah yoluna qədəm basırlar, bu gözəl ayın qədrini bilirlər. Ona görə də onun fürsətlərini əldən vermir və bəhrələnirlər.

Rəcəb ayı Allahın ayıdır və bu ayda elə bir gecə vardır ki, İlahi rəhmət qapıları bəndələrin üzünə açılır və arzular qanadlanıb, ərşə tərəf uçur. Bu, elə bir gecədir ki, Allahın mələkləri gecənin üçdə biri keçəndən sonra Kəbə evinə toplaşar və oruc tutmuş Rəcəb əhli üçün dua edərlər.

Rəcəb ayı başdan-başa fəzilətli aydır, ancaq bu ayın bəzi zamanları başqa zamanlarından daha fəzilətlidir. Bu fəzilətli zamanlardan biri də leylətul-rəğaibdir.

Həzrət Peyğəmbər (s) bu gecə haqqında buyurur: “Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın. Mələklər onu “Leylətul-rəğaib” adlandırırlar.

Çünki gecənin üçdə biri keçəndən sonra elə bir mələk yoxdur, məgər o halda ki, Kəbənin kənarına gələr və Allah onlara mərhəmət nəzəri salar və buyurar: “Mələklərim! Hər nə istəyirsinizsə, Məndən istəyin”.

Mələklər deyərlər: “Allahım, bizim hacətimiz odur ki, Rəcəb ayının oruc tutanlarını bağışlayasan”.

Allah Təala buyurar: “Bağışladım””.


“Rəğaib” sözü “rəğibə” sözünün cəmidir və mənası – o şey ki, ona rəğbət və meyil edilər deməkdir. Leylətul-rəğaibdə bəndələrin ibadətə olan meyli daha çox olar və Allahın layiqli bəndələri bu gecədə Allahın evinə gedib, onunla ünsiyyət qurmağa meyil edərlər.

Bu, elə gecədir ki, İlahi bəxşiş və lütf həddən artıq çoxdur. Allahın muxlis bəndələri Allah-taalaya üz çevirərək, Ondan layiqli hədiyyələr alarlar.

Bu gecənin xüsusi namazı vardır ki, hər kim onu yerinə yetirər, qəbir evində imdadına çatar və ona nicat verər. Bunun üçün cümə axşamı gününü oruc tutursan.

Həmin axşam məğrib namazı ilə işa namazı arasında 12 rükət namaz qılırsan.

Bu keyfiyyətdə: Hər rükətdə “Həmd”dən sonra üç dəfə “Qədr” surəsini və on iki dəfə “Tövhid” surəsini oxuyursan.

Hər iki rükətdən sonra salamları verirsən. Sonuncu – on ikinci rükəti bitirib, salamları verəndən sonra 70 dəfə deyirsən:

للهمَّ صَلِّ عَلى مُحَمّدٍ النَّبّىِ الامّىِّ وَ عَلى آلِه، أ


Allahummə səlli əla Muhəmmədin nəbiyyil-ummiyyi və əla alih

Sonra başını səcdəyə qoyur və 70 dəfə deyirsən:

سُبوحٌ قُدوّس رَبُّ المَلائكة وَ الرّوح
Subbuhun Qudussun Rabbul-məlaikəti vər-ruh.

Sonra başını səddədən qaldırıb 70 dəfə bu sözləri deyirsən:

رَبِّ اغْفِرْ وَارْحَمْ وَ تَجاوَز عَمّا تَعلَم إنَّكَ أنْتَ العَلىُّ الأعَظَم،

Rabbiğfir vərhəm və təcəvəz əmmə tələm, innəkə əntəl-əliyyul əzəm.


Sonra yenə səcdəyə gedib yuxarıdakı zikri 70 dəfə deyirsən. Bundan sonra hansı hacətin varsa, Allahdan istə və Allahın izni ilə yerinə yetəcəkdir.

Həzrət (s) davam edərək buyurur: “And olsun o Kəsə ki, canım Onun əlindədir! Heç bir bəndə və ya kəniz yoxdur ki, bu namazı qılsın və Allah günahını bağı؛lamasın.

Baxmayaraq ki, günahları dənizin dibi, qumların sayı, dağların çəkisi və ağacların yarpaqlarının sayı qədər olsa belə. Qiyamət günü atə؛ə layiq olan yetmi؛ nəfər qohumlarına ؛əfaət edər.

Qəbrin ilk gecəsində Allah onun savabını ən yax؛ı simada, gülər üzlə və fəsahətli dillə ona tərəf gِndərər ki, desin: Ey mənim məhbubum! Müjdə ver ki, hər bir çətinlikdən nicat tapdın. Soru؛ar ki, sən kimsən?

Deyər: “Ey mənim məhbubum, mən o namazın savabıyam ki, filan gecədə, filan yerdə yerinə yetirmisən. Bu gecə gəlmi؛əm ki, haqqını əda edəm.

Təkcə sənin munisin olum və qorxunu aradan aparım. Sur çalınan zaman Qiyamət səhnəsində sənə kِlgə salım. Sən heç bir zaman Mِvlan tərəfindən heç bir xeyiri əldən verməyəcəksən””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930