Cənnətin qapısı üzərinə yazılan cümlə
Mьəllif: admin1
Tarix: 20-11-2022, 11:03
Cənnətin qapısı üzərinə yazılan cümlə
İmam Sadiqdən (ə) nəql edilən hədisə əsasn “Sədəqəyə on qat, borca görə 18 qat savab verilər” cümləsi behiştin qapısı üzərinə yazılıbdır. Səbəbi isə budur ki, borc ehtiyacı olandan qeyrisinə çatmaz, sədəqə isə ehtiyacı olmayana da çata bilər.

Bu, təcili maddi yardıma ehtiyacı olanlara borc verməyin əzəmət və fəzilətini göstərir.

Bu haqda Məhəmməd peyğəmbər buyurub: “Kim (malı əlindən çıxdığına görə) qəmgin olana borc versə və onu geri almaqda güzəştli olsa, əməli yenidən başlamışdır (günahı silinmişdir). Allah onun hər dirhəminin müqabilində, ona cənnətdən min qintar əta edər.”

O həzrət yenə buyurub: “Kimsə qardaşının ehtiyacı olarsa və o, borc verə biləcəyi halda bunu etməsə, Allah cənnəti ona haram edər.”

Nəhcül-Bəlağənin 31-ci məktubunda İmam Əlinin oğlu İmam Həsənə belə bir tövsiyəsi var: “Əgər elə bir kasıb görsən ki, sənin azuqəni qiyamət gününə qədər çiyninə çəkəcək və sabah həmin azuqəyə ehtiyacı olduqda sənə təhvil verəcək, eləsini qənimət bil, öz azuqəni onun çiyninə qoy. Nə qədər bacararsansa bu azuqə yükünü ağırlaşdır. Çünki ola bilər ki, gələn dəfə onu axtaranda tapmayasan. İmkanlı olsan və kimsə səndən borc istəsə, onun vücüdunu qənimət bil ki, kasıblığa düşəndə onu sənə qaytarsın.”

Qurani-Kərimdə və Peyğəmbərdən (s) borclunun möhlətini artırmaq barədə də tövsiyələr vardır:

“Əgər (sizə borclu olan) imkansızdırsa, vəziyyəti yaxşılaşana qədər (ona) möhlət verin. Əgər həqiqətən də ödəməyə imkanı yoxdursa, bilmək istəyirsinizsə, onu bağışlamaq sizin üçün daha yaxşıdır.” (Bəqərə, 280)

Bu haqda peyğəmbər buyurur: “Kim kasıba möhlət verərsə, Allah Onun kölgəsindən başqa bir kölgənin olmadığı vaxt, ona öz kölgəsində pənah verər.”
(islaminsesi)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930