Ən tez savabı verilən əməli tanıyırsınızmı?
Mьəllif: admin1
Tarix: 28-12-2018, 10:04
Ən tez savabı verilən əməli tanıyırsınızmı?
Sileyi-rəhm Azərbaycan dilində qohum-əqrəbaya baş çəkmək deməkdir.

Hər bir müsəlmanın üzərinə düşən mühüm ictimai vəzifələrdən biri də ona yaxın olan qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl rəftar etməsidir.

O, vaxtaşırı öz müsəlman qardaşının görüşünə getməli və onların vəziyyəti ilə yaxından maraqlanmalıdır. Qarşılaşdıqları çətinliklərdə onlara yardım etməli, qəm-qüssələrində şərik olmaldır ki, onlar özlərini tək hiss etməyib təsəlli tapa bilsinlər.

Eyni zamanda onların həm sevinc, həm də kədərlərinə şərik olmalıdır ki, aralarındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənsin. Səhvə yol verdikləri zaman bir müsəlman kimi onlara tövsiyə etməli, günahdan çəkinməkdə köməklik göstərməlidir.

Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər.

İmam Әli (ə) bu haqda buyurur: “Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz.

Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvüləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar.”


Usuli-Kafi əsərində İmam Baqirdən (ə) savabı ən tez verilən əməl barədə belə bir hədis gəlibdir: “Sileyi-rəhm (qohum-əqrəbaya baş çəkmək) savabı ən tez verilən xeyir əməldir”.
İslaminSesi\

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930