İmam Əlinin (ə) kəramətlərini dərk etməyə çoxlarının taqəti çatmırdı
İmam Muhəmməd Baqir (ə) nəql edir: “Bir gün İmam Əli (ə) öz səhabələrinin arasında idi. Onlardan biri dedi: “Ey Əmirəl-möminin! Əgər mümkündürsə, bizə kəramət göstər və sənə daha çox iman bəsləyək”. İmam (ə) buyurur: “Əgər qəribə bir şey zahir etsəm və siz də onu görsəniz, kafir olacaqsınız. İmanınızdan geri dönəcəksiniz və məni sehrlə ittiham edəcəksiniz”. Dedilər: “Bizim möhkəm əqidəmiz vardır ki, hər şeyi Peyğəmbərdən (s) irs aparmısan. Hansı işi görmək istəsən, yerinə yetirərsən”. Həzrət (ə) buyurur: “Hədislərə, ağır elmlərə, biz Əhli-Beyt (ə) vilayətinə hər kəs dözə bilmir. Əgər kəraməti görmək istəyirsinizsə, işa namazını qılandan sonra mənimlə hərəkət edin”. İşa namazını qıldılar və İmam (ə) 70 nəfərlə birlikdə Kufə səhrasına gəlib çatdı. Bu zaman İmam (ə) onlara buyurdu: “İstədiyinizə çatmazsınız, məgər o halda ki, sizdən müşahidə etdiklərinizə görə şəkk etməyəcəyinizə və imanınızdan dönməyəcəyinizə görə əhd alım. Məni nalayiq işlə ittiham etməyəsiniz. O şeyi ki, mən yerinə yetirəcəyəm və sizə təqdim edəcəyəm – qeyb elmidir ki, Peyğəmbərdən (s) irs götürmüşəm. O Həzrət (s) mənə təlim vermişdir”. Hər biri söz verdi və İmam (ə) onlara əmr etdi ki, arxalarını çevirsinlər və sonra dua etməyə başladı. O zaman ki, duası sona çatdı, buyurdu: “İndi üzünüzü çevirin və baxın”. Elə ki, üzlərini İmam Əliyə (ə) tərəf çevirdilər, gözləri yaşıl bir bağa dəydi ki, orada bulaqlar axırdı. Təmtəraqlı evlər diqqəti cəlb edirdi. Başqa bir tərəfə baxdılar və atəşin dəhşətli şöləsini gördülər. Bu səhnələri görən zaman behişt və cəhənnəmi yada saldılar. Hamı bir səslə dedi: “Bu, böyük bir sehr və cadudur”. İmanlarını əldən verdilər və kafir oldular. Məgər iki nəfərdən savayı ki, Həzrətlə (ə) birlikdə qaldılar. Qayıdan zaman Həzrət (ə) o ikisinə buyurdu: “O dəstənin hüccəti tamamlanmışdır. Qiyamət gününün sabahısı onlar cəzalanacaqlar. Sübhan olan Allaha and olsun ki, mən sehrbaz deyiləm. Bunlar – İlahi elmdir ki, Peyğəmbərdən (s) öyrənmişəm”. Kufə məscidinə daxil olmaq istəyəndə, Həzrət (ə) bir dua oxudu. Məscidə daxil olanda gördülər ki, məscidin həyətindəki daşlar dürr və yağuta çevrilmişdir. Həzrət (ə) onlara buyurdu: “Nə görürsünüz?”. Dedilər: “Dürr və yaqut”. Buyurdu: “Düz deyirsiniz”. Bu zaman o ikisindən biri imanından geri döndü və kafir oldu. Ancaq bir nəfər sabit qaldı. İmam (ə) ona buyurdu: “Ehtiyatlı ol! Əgər bir şey götürsən, peşman olarsan. Əgər götürməsən də peşman olarsan”. O, İmamın gözündən uzaqda bu daşlardan birini götürüb cibinə qoydu. Sabahısı günü ona baxanda görür ki, çox bahalı bir dürdür. İmamın (ə) yanına gəlir və deyir ki, mən o dürlərdən birini götürmüşəm. İmam (ə) soruşur: “Niyə belə etmisən?”. Deyir: “Bilmək istəyirdim ki, bu cəvahir həqiqətdir, yoxsa batildir”. Həzrət (ə) buyurur: “Əgər onu qaytarıb yerinə qoysan, Rəhman Allah behiştdə onun əvəzini sənə verəcəkdir. Əks halda – cəhənnəm atəşinə daxil olacaqsan”. Həmin şəxs dürrü yerinə qoyur və dürr daşa çevrilir. Bəzilərinin dediyinə görə, o, Meysəm Təmmar idi. /Deyerler.org/ Oxşar xəbərlər
|