“Cümə” sözünün mənasını bilirsinizmi?
Hədislərdə buyurulur ki, Cümə günü günlərin ən fəzilətlisi və üstünüdür. Bəzi hədislərdə hətta bayram kimi də qeyd edilir və bu gündə müsəlmanların bir-birinə təbrik deməsi tövsiyə edilir.
Digər bir hədisə əsasən bu gündəki yaxşı əməllərin savabı digər günlərlə müqayisədə daha artıq verilər. Duaların tez qəbul olacağı, günahların daha tez bağışlanacağı gündür bu gün. İmam Baqirdən (ə) nəql edilən bir hədisdə deyilir ki, peyğəmbərin səhabələri hətta cümə axşamı günündən başlayaraq, cüməyə və cümə namazına hazırlaşardılar. Bu da öz növbəsində bu günün əhəmiyyətini çatdırır. Bildirdiyimiz fəzilətlər cümə günü və cümə namazının fəzilətlərinin çox az bir qismidir. Burada diqqət çəkən əsas məqamlardan biri Cümə sözünün hərfi mənasıdır. Bu nə deməkdir? Bu barədə İmam Sadiqdən belə bir hədis nəql edilir: “Cümə cəm etmək sözündən alınıb. Bu gündə Allah mələklərini və digər məxluqatı Məhəmmədin və onun ailəsinin rəhbərliyini onlara göstərmək üçün bir yerə topladı. Bu gündə Allah peyğəmbərlərin rəhbərlik işini tam sahmana saldı.” Oxşar xəbərlər
|