İnsanı Allah bəndəsi edən 3 əsas xislət
Mьəllif: admin1
Tarix: 22-04-2016, 10:06
İnsanı Allah bəndəsi edən 3 əsas xislət
İnsanın mənəvi təkamülə çatması yolunda birinci pillə Allahın bəndəlik pilləsinə qədəm qoymasıdır. Bu bir inanclı üçün ilkin mərhələdir. Özünü Allahın məxluqu, qulu və bəndəsi sanmayan insan, digər vacib əməllərə və dəyərlərə də riayət etməz.
Bir gün Ünvan Bəsri adlı qoca səhabələrdən biri uzun müddət axtarışdan sonra İmam Sadiqin hüzuruna gələ bilir. İmam Sadiqdən mənəvi tövsiyələri alan Ünvan Bəsri ilk növbədə Allahın həqiqi bəndəçiliyi haqda göstərişlər alır. Məsələ onun üçün qaranlıqlı qaldığına görə, İmamdan həqiqi bəndəçiliyin mahiyyətini soruşur
İmam buyurur:
“Bəndəçiliyin həqiqəti üç şeydədir.

Birincisi budur ki, bəndə özünü Allahın ona əta etdiyi şeylərin sahibi və maliki bilməsin, əksinə, malı Allahın malı bilsin. Çünki bəndələr heç bir şeyə sahib olmazlar. (Əlində olanları) Allahın buyurduğu yollarda sərf etsin.

İkincisi budur ki, özünü işlərin idarə olunmasında bacarıqsız görəsən.

Üçüncüsü budur ki, özünü Allahın əmr və nəhylərini yerinə yetirməyə məşğul edəsən.

Deməli, əgər bəndə özünü mal-dövlətin maliki bilməzsə, mal-dövlətin Allah yolunda sərf edilməsi ona asan olacaqdır. Əgər işlərin idarə olunmasını və tədbiri Allaha həvalə edərsə, dünya müsibətlərinə dözmək onun üçün asan olacaqdır. Əgər Allahın əmr və nəhylərini əməl etməyə məşğul olarsa, dəyərli vaxtlarını yersiz öyünmək və mübahisə etmək kimi yollarda zay etməyəcəkdir. Əgər Allah bir bəndəni bu üç şeylə əzizləsə, dünya, şeytan və məxluqat ona çox dəyərsiz və asan görünəcəkdir. Belə olan halda o, mal-dövlətini artırıb bunun vasitəsilə fəxr edib öyünmək üçün çalışmaz. Camaatın nəzərində izzət və üstünlük sayılan (məcazi) şeyləri istəməz. Dəyərli vaxtlarını batil və əbəs şeylərlə keçirməz. Bu, təqvanın ilk dərəcəsidir ki, Allah-təala Qurani-Kərimdə buyurur: “O axirət evidir ki, onu yer üzündə fitnə-fəsad və üstünlük istəməyənlər üçün qərar verərik. Xeyirli aqibət müttəqilər üçündür.”islaminsesi\




Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930