Xristian alimin yeddi yuxusu və İmam Əlinin (ə) yeddi yozumu
Mьəllif: admin1
Tarix: 8-09-2021, 10:48
Xristian alimin yeddi yuxusu və İmam Əlinin (ə) yeddi yozumu
Roma ölkəsindən olan xristian bir kişi yedi yuxu görür və İmam Əli (ə) bu yuxunu onun üçün yozur və o da təsdiq edir.

Birinci yuxusu. İmam (ə) buyurur: “Yuxuda görmüsən ki, bir saray səmadan asılmışdır ki, oraya qızıldan kürsülər qoyulmuşdur.

Ətrafında kənizlər, nökərlər və mələklər vardır. Bu sarayın ətrafını isə donuzlar və meymunlar tutublar. Yozumu budur ki, o saray axəril-zamanda olan zalım sultanın sarayıdır. İnsanlar zəkat vermədiyinə görə mallarını insanlardan alar. Sultanın ətrafında zalımlar vardır ki, ona zülm etməkdə yardım edərlər”.

İkinci yuxu. İmam (ə) buyurur: “Görmüsən ki, səmadan yataq asılmışdır. İnsanlar onu parçalayırlar və ondan az bir miqdar qalır. Yozumu budur ki, həmin yataq müxtəlif məzhəblərdirlər ki, axəril-zamanda insanlar ona etiqad bəsləyəcəklər. Məzhəbdən bir şey qalmayacaqdır, məgər bir sap qədər”.

Üçüncü yuxu. İmam (ə) buyurur: “Görmüsən ki, göydən quşlar yerə enirlər və başlarını torpağa qoyurlar və qayıdan zaman başları üstlərində olmur. Yozumu budur ki, həmin quşlar İslamdır. İslamdan adət və şəriətdən başqa heç bir şey qalmayacaqdır. Həqiqəti isə səmaya tərəf qayıdacaqdır”.

Dördüncü yuxu. İmam (ə) buyurur: “Görmüsən ki, bövl və ğayət orqanları olmayan dördayaqlılar vardır. Yozumu budur ki, zənginlər mallarını toplayarlar, İlahi haqqı və zəkatı verməzlər”.

Beşinci yuxu. İmam (ə) buyurur: “Xəstəni görmüsən ki, sağlamları ziyarət edir. Yozumu budur ki, xəstələr – o yoxsullardır ki, zənginlərin yanına gəlirlər. Onlardan bir şey istəyəndə, vermirlər”.

Altıncı yuxu. İmam (ə) buyurur: “Qurumuş hovuz görmüsən ki, ətrafında bağ və yaşıllıq vardır. Yozumu budur ki, quru hovuz – o alimlərdir ki, elmlərinə əməl etmirlər. Bağ – o insanlardır ki, alimlərdən eşitdiklərinə əməl edirlər”.

Yeddinci yuxu. İmam (ə) buyurur: “Yaşıl qədəhlər görmüsən ki, dünyada olan hər şey orada görünür. Yozumu budur ki, yaşıl qədəhlər dünyadır ki, dünya əhli onu götürər və dünya haqqında danışarlar, axirət haqqında deyil. Halbuki, axirət üçün xəlq olunublar”.

Həmin xristian yuxunun yozumunu eşidən kimi kəlmeyi-şəhadətləri deyib, iman gətirir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930