Peyğəmbərlərlə bir mənzildə olmağın yolu
Aclıq – Allah yolunun yolçusu olan salik üçün nəfsini təkmilləşdirməkdə və Allahı tanımaqda misilsiz faydalar gətirir.
Həzrət Peyğəmbər (s) buyurur: "Aclıq və susuzluqla nəfslərinizlə mübarizə aparın. Həqiqətən bu işin mükafatı Allah yolunda mübarizə aparmağın mükafatı kimidir. Allah yanında aclıq və susuzluqdan daha çox sevimli əməl odur ki, daha çox aclıq çəksin və Allah Təala haqqında daha çox təfəkkür etsin”.
Həzrət Rəsulullah (s) Əsaməyə buyurur: "Əgər bacarırsansa, ölüm mələyi ilə ac və susuz halda görüş ki, ən ali məqam və yerlərə çatar, peyğəmbərlərlə bir mənzildə olarsan. Mələklər ruhunu görəndə sevinərlər və Allah sənə salam göndərər”.
Həzrət (s) başqa yerdə buyurur: "Aclıq çəkin və bədənlərinizə qarşı sərt olun, bəlkə qəlbləriniz Allah Təalanı gördü”.
"Merac” hədisində Allah Təala buyurur: "Ey Əhməd! Orucun təsirini bilirsənmi?”. Cavab verir: "Xeyr”. Allah buyurur: "Orucun nəticəsi – az yemək və az danışmaqdır. O, hikməti ərməğan gətirər və hikmətin ardınca mərifət olar. Mərifət də yəqinin. O zaman ki, bəndə yəqinə çatar, ruzigarını necə keçirəcəyinə görə qorxusu olmaz. Çətinlikdə və ya asanlıqda – və bu, razı olduqlarımın məqamıdır.
Hər kim Mənim razı olduğum kimi rəftar edər, ona üç sifət verərəm:
nadanlıqla bir yerdə olmayan şükür;
unudulmayan xatırlama;
o sevgi ki, Mənim sevgimi yaratdıqlarımın sevgisindən üstün etməz.
O zaman ki, o, Məni sevər, Mən də onu sevəcəyəm. Onun dostluğunu bəndələrimin ürəyinə salacaq və qəlb gözünü Cəlalımın əzəməti ilə açacağam. Xəlq etdiklərimin elmini ondan gizlətməyəcəyəm. Gecənin qaranlığında və gündüzün aydınlığında onunla münacat edəcəyəm o zamana qədər ki, bəndələrimlə söhbəti qət olar. Öz və mələklərimin kəlamını qulaqlarına çatdıraram. Bəndələrimdən gizlətdiyim sirləri onun üçün aşkar edərəm. Ağlını özünü tanımaqda qərq edərəm və dərkini qaldıraram. Ölümü onun üçün asan edərəm, o zamana qədər ki, behiştə daxil olar. O zaman ki, ölüm mələyi ilə görüşər, ona deyər: "Afərin olsun sənə və xoş olsun halına! Allah sənin müştaqındır”. Allah buyurar: "Bu, Mənim behiştimdir. Orada xoş ol və qonşuluğumda sakin ol”. İnsanın ruhu deyər: "Allahım, Özünü mənə tanıtdın və bu tanıma ilə bütün yaratdıqlarından ehtiyacsız oldum. İzzət və Cəlalına and olsun ki, əgər razılığın bundadırsa ki, tikə-tikə olam və ya 70 dəfə ən pis şəkildə öləm – Sənin razılığın mənim üçün daha sevimlidir”.
Bu zaman Alllah Təala buyurar: "İzzət və Cəlalıma and olsun ki, heç bir zaman səninlə Öz aramda maneə qərar verməyəcəyəm. Nə zaman istəsən, Mənə qovuşa bilərsən ki, dostlarımla belə edirəm”.
Oxşar xəbərlər
|