Allah-Taalanın Behcətə xüsusi mərhəməti
Ayətullah Behcətin fövqəladə kamal sahibi olduğuna etiqadı olan şəxslərdən biri də əxlaqi və irfani məsələlərdə rəhmətlik Qazinin canişini Şeyx Abbas Quçani idi.
Şeyx Abbas Quçaninin oğlu Şeyx Mahmud Quçani atasının dilindən belə nəql edir: “Behcət çox cavan yaşlarında ilahi məqama çatmışdı. Mən onun yaxın dostu olduğuna görə bunları bilirdim. Amma mən Behcətə söz vermişdim ki, onun sağ olduğu müddətdə bu sirri heç kimə açmayım. Həmin vaxtlar təqribən, 17-18 yaşlarında olan Behcət belə böyük məqama çatmışdı.” Mənə elə gəlir, həmin “ixtiyari ölüm” məsələsini deyirdi. Uzun illər Allah yolunda xalis bəndəlik edən bir şəxs əgər 20 yaşından əvvəl “ixtiyari ölüm” məqamına çatarsa, onun 80 yaşında hansı ilahi dərəcəyə çatdığını güman etmək olar. Behcətin bu mənəvi xüsusiyyətləri hər mömin şəxsin diqqətini özünə cəlb edir. Əlbəttə, nəql etdiyimiz bütün bunlar böyük şəxsiyyətlərin kamal dəryasından bir damladır. Oxşar xəbərlər
|