İSA (Ə) VƏ GÜNAHKAR
Mьəllif: admin1
Tarix: 27-04-2016, 11:21
İSA (Ə) VƏ GÜNAHKAR
Ya Rəbb, günah ərşə çıxır köçümdə Ürəyim həsrətdən alov içində.
Eyni mənbədə belə bir rəvayət nəql olunur: “Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:

Ya Rəbb, günah ərşə çıxır köçümdə
Ürəyim həsrətdən alov içində.
Əməl naməm qara, işlərim xarab,
Yalnız rəhmətindən gözlərəm cavab.

Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsaya (ə) dedi: “Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? Nə qədər ki, onun günahından zərər görməmişik, qov getsin.” İsa (ə) düşündü ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: “Ya Ruhullah! Özünü bəyənən dostuna de ki, müflisə həqarətlə baxdığı üçün bu günədək etdiyi bütün xeyir əməlləri onun əməl naməsindən pozduq. O günahkar fasiqə müjdə ver ki, hüzurumuzda çəkdiyi həsrət və peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.”
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031