Rəcəb ayında 3 gün oruc tutana behişt vacib olar
Mьəllif: admin1
Tarix: 22-01-2023, 10:23
Rəcəb ayında 3 gün oruc tutana behişt vacib olar
Rəcəb, Şəban və Ramazan aylarının böyük şərafəti vardır. Onların fəziləti haqqında çox sayda hədislər daxil olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı - Allahın ən böyük ayıdır. Hörmət və fəzilətdə ona heç bir ay çatmaz. O ayda kafirlərlə vuruşmaq haramdır.

Rəcəb – Allahın ayıdır, Şəban mənim ayımdır, Ramazan ayı isə ümmətimin ayıdır. Hər kim Rəcəb ayının bir günündə oruc tutarsa, Böyük Allahın razılığına səbəb olar. İlahi qəzəb ondan uzaq olar və cəhənnəmim qapıları üzünə bağlanar”.

İmam Musa ibni Cəfər (ə) buyurur: “Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa bir il cəhənnəm atəşi ondan uzaq olar. Hər kim üç gün oruc tutarsa, behişt ona vacib olar”.

İmam Museyi-Kazim (ə) yenə buyurur: “Rəcəb behiştdə olan bir bulağın adıdır ki, süddən ağ və baldan şirindir. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, həmin bulaqdan içər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı mənim ümmətimin istiğfar ayıdır, ona görə də bu ayda çoxlu istiğfar edin ki, Allah bağışlayan və mehribandır. Bu ayda Allahın rəhməti ümmətə çox nazil olar. Ona görə də çoxlu deyin:

«أَسْتَغْفِرُ اللهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ». (“«Əstəğfirullahə və əs-əluhut-təvbəh»”)”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Rəcəb ayının sonunda bir günü oruc tutarsa, Allah ona can verməyin şiddətindən, ölümdən sonra qorxudan, qəbir əzabından aman verər.

Hər kim Rəcəb ayının sonunda iki gün oruc tutarsa, Siratdan asanlıqla keçər. Hər kim üç günü tutarsa, Qiyamət gününün böyük qorxusundan, onun şiddətindən amanda olar.

Ona cəhənnəm əzabından azad olmağı əta edərlər. Bil ki, Rəcəb ayı üçün çoxlu fəzilət daxil olmuşdur. Əgər kimsə buna qadir olmazsa, hər gün yüz dəfə bu təsbihatı desin ki, orucun savabını əhatə edər:

سُبْحَانَ الْإِلَهِ الْجَلِیلِ سُبْحَانَ مَنْ لا یَنْبَغِى التَّسْبِیحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزََّ وَ هُوَ لَهُ أَهْلٌ

Rəcəb ayının müştərək əməlləri.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında yüz dəfə desə: “ «أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ» (“Əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh”).

Sonra onu sədəqə ilə xətm etsə, Allah ona rəhmət edər. Hər kim onu 400 dəfə desə, ona 100 şəhidin savabı yazılar”.

Həzrət (s) başqa yerdə buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə لا إِلَهَ إِلا اللهُ" (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştdə yüz şəhər tikər”.

Nəql edilir ki, hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: “أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ" (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ" (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz”.

Əgər bu ay boyunca 1000 dəfə bu zikr deyilsə:

أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ " (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəs-əsəm”) Rəhman Allah onu bağışlayar”.

Seyyid ibni Tavus nəql edir ki, Peyğəmbər (s) bu ayda “Tövhid” surəsini oxumağı çox fəzilətli hesab edirdi: on min dəfə, min dəfə, yüz dəfə. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər.

Bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.

Rəcəb ayının birinci gününün əsas əməlləri isə bunlardır:

1. Oruc.
2. Qüsl.
3. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq.

Allah bizi Rəcəb əhlindən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930