Həkimə möhtac olmamağın yolu İmam Əlinin (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 25-05-2021, 23:00
Həkimə möhtac olmamağın yolu İmam Əlinin (ə) bəyanında
Bəzi epidemioloji və xroniki xəstəliklər müasir dövrlərdə yaranmışdır. Onların bir çoxu orta əsrlərdə olmayıb.

Baxmayaraq ki qədim və orta əsrlərdə Vəba ilə Taun çox insanların həyatına son qoyub və kütləvi şəkildə insanların qırılmasına səbəb olub, amma bu nadir hallarda baş verirdir.

Müasir dövrdə dərman peraparatları və müalicə metodlarının artmasına baxmayaraq, texnikanın inkişafı, yeni istehsal müəssisələrin açılması ətraf mühitin çirklənməsi ilə nəticələnib.

İnsanların sıx yaşadığı məkanlarda qeyri qanuni münasibətlərin artması və lazımi tibbi göstərişlərə əməl olunmaması nəticəsində Spid və oxşar xəstəliklərin yaranması ilə nəticələnib.

Mədənin insanda yaranan xəstəliklərin əsas mənbəyi olduğunu həm tibb həm də din bizə deyir. Dini hədislərə görə şərlərin (xəstəliklərin) mənbəyi mədədəndir.

İmam Əlinin (ə) oğlu Həsəni- müctəbaya tövsiyəsi də əsasən bununla bağlıdır.

Şeyx Səduqun əl-Xisal əsərində nəql etdiyi hədis belədir:

“Ey oğlum səni tibbə möhtac etməyən 4 şeyi sənə təlim edimmi?!.

Həsən ibni Əli buyurdu: Əlbəttə!

İmam Əli buyurdu: 1-Yalnız ac olanda yeməyə başla! 2-Yeməyə meylin və iştahan olarkən əlini yeməkdən çək (yəni tam şəkildə doyma) 3- Yeməyi və tikəni yaxşı çeynə 4- Yatmamışdan öncə ayaq yoluna get! Əgər bunları etsən təbibə möhtac olmazsan”.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031