Allah yolunda pul xərcləmək istəməyənlərin aqibəti
Mьəllif: admin1
Tarix: 30-04-2016, 10:01
Allah yolunda pul xərcləmək istəməyənlərin aqibəti
Hədislərə görə insanın büdrədiyi yer əsasən iki şeydədir: Şəhvət və mal. Bir çoxları ibadət əhli olsalar simiclik və əlibağlılıq xəstəliyinə düçar olublar.


Qurana görə, Allah yolunda cihad canla həm də malla olmalıdır. Öz malından Allah və onun dostları yolunda xərc etməyə qıymayan şəxsin ibadəti və imanı kamil ola bilməz. Bu cür insanlar elə dünyəvi məsələlərin ilkin mərhələlərində aciz qalmışlar.


Yaşadığımız mühitdə belə ibadət əhli olan amma eyni zamanda Allah malı olan xumsu və zəkatı müxtəlif bəhanələrlə verməkdən yayınanlar az deyil. Məsumlar bu cür insanların aqibətini öz kəlamlarında qeyd etmişlər

Əllamə Məhəmməd Baqir Məclisi Biharul-Ənvar əsərində İmam Sadiqin (ə) bu haqda buyurduğu hədisi qeyd etmişdir:

“Bil ki Allahın itaəti yolunda infaq etməyən şəxs, ona qarşı günah yolunda pul xərcləməyə mübtəla olacaq və bil ki Allahın dostunun ehtiyacını aradan qaldırmaq üçün addım atmayan şəxs pərvərdigarın düşməninin ehtiyacını aradan qaldırmaq üçün addım atmalı olacaq.” İslaminSesi\




Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930