Peyğəmbərimiz (s) möminləri belə təsvir edir...
Mьəllif: admin1
Tarix: 7-05-2022, 10:37
Peyğəmbərimiz (s) möminləri belə təsvir edir...

Həzrət Peyğəmbər (s) buyurur: "Mömin, möminin qardaşıdır”. Yəni, şadlığı ilə sevinməli, qəminə kədərlənməlidir.

Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: "Mömin, möminin aynasıdır”.

Yəni, hər kim özünü mömin hesab edir, gərək möminlərə şəfqət gözü ilə baxsın. Əgər dünyasına, axirətinə və ya ədəbinə görə hansısa qüsuru varsa, onunla tək olan zaman ona təzəkkür versin.

Həzrət Peyğəmbər (s) buyurur: "Mömin zirək olsun, ehtiyatlı olsun ki, dünyada axirəti heç bir işlə əldən verməsin”.

Rəsuli-Əkrəm (s) yenə buyurur: "Mömin, möminləri sevər və elə yaşayar ki, möminlər də onu sevsin”.

Həzrət (s) buyurur: "Mömin gərək təmizürəkli və kərim olsun”.

Yəni, hər kim mömindirsə, davamlı olaraq axirət axtarışında olanlarla yoldaş olar. Axirət üçün təfəkkür edər. Dünyaya dəyər verməz ki, boynundan asılıb qalsın.

Mömin, mömin üçün dua etməli və ona yardım etməlidir. Bir-birlərinə əmr-be-məruf və nəhy-əz-münkər etməlidirlər.

Həzrət (s) buyurur: "İman əhli olan mömin, bədənin üstündə olan baş kimidir”.

Yəni, əgər bədənin başı olmazsa, bir işə yaramaz, möminin də imanı olmazsa dini ona fayda verməz.

Peyğəmbərimiz (s) möminləri belə təsvir edir: "Möminin təbiəti belədir ki, dində güclüdür, baxmayaraq ki, sinəsi dardır, insanlarla yaxşı rəftar edər.

İmanı yəqinlədir və elmə hərisdir. Əgər zəngindirsə, mötədil olar. İnsanların heç bir şeyinə tamah etməz. Halal ruzi qazanar. Çoxlu yaxşılıqlar edər.

Məzhəb və haqq yolunda xürrəmdir. Şəhvətdən uzaqdır. Acizlərə və çarəsizlərə rəhm edər. O şeyə ki, onu əmin ediblər və ona etimad ediblər – əmanətdarlıq edər.

Həsəd aparmaz, heç kəsə tənə vurmaz. Heç kəsə lənət etməz, heç kəsi ləqəbi ilə çağırmaz. Namazda mütidir, qorxaqdır. Zəkat verəndə tələsəndir. Bəla və müsibətdə sabirdir. Zəhmət və rahatlıqda şakirdir.

Allah Təalanın verdiyinə qanedir. Malik olmadıqlarına görə şikayət etməz. İnsanlarla yaxın olar, münazirələr edər ki, bilikli olsun. Əgər kimsə ona zülm etsə, səbir edər ki, Allah Təala Özü cəzalandırsın”.

Həzrət (s) başqa yerdə buyurur: "Qış fəsli – möminin baharıdır”. Çünki qış fəslində günlər qısa və gecələr uzun olduğu üçün oruc tutmaq və gecə ibadəti etmək daha rahatdır.

"Dua – möminin silahıdır”. Yəni, mömin bəla və möhnətdə, şeytanın (lən) şərindən uzaq olmaq istəyəndə dua edər, necə ki, insan düşməni görən zaman əlini silaha atar.

"Namaz – möminin nurudur”. Yəni, namaza görə möminin qəlbi nurani olar. Nəql edilir ki, Qiyamət günü namaz nur olacaqdır. Möminlərin və möminələrin sağ, sol tərəflərindən, qarşılarından və arxalarından nur gələcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930