Çirkli insan – pis bəndədir. Allah gözəldir və gözəlliyi sevir
Mьəllif: admin1
Tarix: 26-07-2020, 23:13
Çirkli insan – pis bəndədir. Allah gözəldir və gözəlliyi sevir

Təmiz və səliqəli geyinmək, saçları daramaq - mömin insanın sifətlərindəndir. Başın tükü insanın zahirinin daha gözəl görünməsindən mühüm rola malik olan ünsürlərdəndir.

İmam Sadiq (ə) buyurur: “O cümlədən ən gözəl gözəllik - gözəl saçlardır”.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: “Bir nəfər Peyğəmbərin (s) evinə gəlir və girmək üçün icazə istəyir. Həzrət (s) bayıra çıxmaq istəyəndə otağında kiçik kasada olan su görür. Bir qədər dayanar və özünə baxır. Saqqalını düzəldib saf edir.

Evə qayıdan zaman Aişə ona deyir: “Ey Allahın Rəsulu! Sən Adəm övladlarının və Allah rəsullarının sərvərisən! Bu kasanın qarşısında dayanıb, saçını və saqqalını niyə düzəldirsən?”. Həzrət (s) buyurur: “Allah sevir ki, mömin bəndəsi qardaşının yanına gedən zaman özünü səliqəli etsin”.

Hər kəs istəyir ki, təmiz və ağ dişləri olsun. Çünki bədən sağlamlığına təsir etdiyi kimi, gözəlliyə də təsir qoyur. Əziz Peyğəmbərimiz (s) misvak etməklə bağlı buyurur: “Cəbrayil (ə) mənə o qədər misvak etməyi tövsiyə edir ki, güman edirdim ki, onu vacib edəcəkdir”.

Əbu Eyyub Ənsari (Mədinədə Peyğəmbəri (s) qonaq etmişdir) nəql edir: “Bir gecə o Həzrət üçün soğan və sarımsaqla bir yerdə olan yemək hazırladıq və Həzrət (s) onu yemədi.

Mən onun yanına gedib dedi: “Atam-anam sənə fəda olsun! Niyə yeməyi yemədin?”.

Cavabında buyurdu: “Yeməyin iyinə görə onu yemədim”.

Ona görə də mömin gərək ağzından gələn iyə də diqqət etsin ki, onunla söhbət edənlərə əziyyət verməsin.

İslam dinində ətir vurmağın xüsusi əhəmiyyəti vardır. Hədislərdə oxuyuruq ki, Peyğəmbərin (s) ətirə verdiyi pul yeməyinə verdiyindən çox olurdu.

O, özünü müşklə ətirləndirirdi. Həzrət (s) qaranlıqda görünməzdən əvvəl ətiri ilə tanınardı. Yoldan keçənlər deyərdilər ki, buradan Peyğəmbər (s) keçmişdir.

Əlbəttə, cəmiyyət içində ətir vurmaq kişilərə aid mövzudur, qadınlara deyil.

İmam Sadiq (ə) buyurur: “Paltarını gözəl geyin. Çünki Allah gözəldir və gözəlliyi sevir. Ancaq gərək halal olsun”.

Gözəl olmaqla yanaşı, paltar təmiz olmalıdır. İmam Sadiq (ə) buyurur: “Çirkli insan – pis bəndədir”.

Şübhəsiz, təmiz paltar zahiri gözəlliyi nümayiş etdirər. Bir dindar üçün başqalarının sevgisini cəzb etmək amilidir.

Ona görə də deyə bilərik ki, müsəlman insan geyindiyi paltarının səliqəli və təmiz olmasına, saçlarının daranmasına, ətir vurmağına, gigiyenasına diqqət etməlidir.

Bu nemətləri özünə haram etməməlidir, əksinə, onlardan ən yaxşı şəkildə bəhrələnməlidir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930