Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?
Mьəllif: admin1
Tarix: 2-03-2021, 10:23
Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?

Kişiyə aid hansı ziyanlar ailəyə ciddi ziyan vurur?

1. Həyat yoldaşına əziyyət vermək.

Qadın öz isti ailə ocağından ərinin evinə köçər və burada hər şey onun üçün yenidir. Sevgi ilə bir evdən elə bir evə gəlir ki, burada məhəbbət ikitərəfli olmalıdır.

Əgər qadın öz həyat yoldaşına sevgi göstərər, ancaq ondan məhəbbət görməzsə, bu, ona əziyyət verər. Gec və ya tez bu sevgidən əl çəkər və ailə ocağı soyumağa başlayar.

Çox az qadın olar ki, belə bir şəraitdə evliliyi davam etdirməyə hazır olsun. Əgər davam etsə belə, buna sağlam ailə demək olmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim həyat yoldaşına əziyyət verər ki, bu qadın mehriyyəsini bağışlayaraq canını ondan qurtarsın, Allah Təala o kişi üçün atəşdən az cəzaya razı olmaz. Çünki Allah Təala bu qadın üçün yetimə görə qəzəbləndiyi kimi qəzəblənər”.

Digər yerdə Həzrət (s) buyurur: “O kişi ki, həyat yoldaşına sillə vurar, Allah malikə-cəhənnəm gözətçisinə əmr edər ki, cəhənəm atəşində onun üzünə 70 sillə vursun”.

İmam Əli (ə) buyurur: “Qadınlar sizin yanınızda olan Allahın əmanətidir. Ona görə də onlara ziyan vurmayın və onlarla pis rəftar etməyin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Təəccüb edirəm o kişiyə görə ki, həyat yoldaşını vurar, halbuki, özü döyülməyə daha layiqdir”.

2. Pis əxlaq.

Tünd və kobid xasiyyətli insanlar özləri də bilmədən başqalarına əziyyət verərlər. Onların çoxu pis insanlar deyildir. Başqalarına əziyyət verməyi sevməzlər.

Ancaq acı dilləri və səbirsizlikləri səbəb olar ki, başqaları ondan incisin. Bu cür insanlar öz ailə üzvlərinə də əziyyət verər və həyatlarını cəhənnəmə çevirərlər.

Bir nəfər İmam Rzanın (ə) yanına gəlir və qızına qohumlarından birinin elçi gəldiyini bildirir. Ancaq bu oğlanın xasiyyəti tünd və kobuddur. İmam (ə) ona buyurur: “Qızını ona ərə vermə”.

3. Simiclik.

Mömin öz həyatını Allahın verdikləri ilə tənzim edər. Əgər Allah ona ruzi verərsə, o, da həyatını genişləndirər. Simic insan isə özündən başqasına pul xərcləməyi sevməz və özündən başqasını görməz.

Bu cür insan həm özünü və həm də başqalarını pis vəziyyətdə qoyar. Bu cür insan ailə üzvlərinin gündəlik xərclərini verməkdən belə çəkinər və onları çətin vəziyyətdə qoyar. Çox az insan simic bir kişi ilə yaşamağa dözə bilər. Ərinə olan sevgisi azalar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur insan o kəsdir ki, ailəsinə simiclik edər”.

4. Tədbirsizlik.

Təzə ailə qurmuş gənclər öz peşələrində sabit olmadıqları üçün mənzil tapmaq, məişət xərcləri və övladının xərclərini təmin etmək onlar üçün çətin olar.

Başqa bir tərəfdən isə təzə ailə qurmuş qadın istəyir ki, əri onunla daha çox vaxt keçirtsin. Başqa bir tərəfdən dini, ictmai məsuliyyətləri olar. Belə bir şəraitdə ancaq aqilcəsinə bir müdiriyyət nəticəsində ailəni çətin vəziyyətdən çıxartmaq olar.

Bu məsələyə kişi baxdığı üçün, onun məsuliyyəti daha çox olar. Və əgər bu vəzifəsini düzgün yerinə yetirməzsə, ailənin dağılma şansı daha çox olar. İmam Əli (ə) buyurur: “Həyatın bəlası - tədbirsizlikdir”.

5. Müxtəliflik axtarmaq.

Bəzi kişilər bir qadınla ailə qurandan sonra ondan sıxılır və müxtəliflik axtarırlar. Bu zaman kişi dinindən sui-istifadə etmiş olar. Heç bir səbəbi olmadan arvadına təlaq verər. Bu iş Allah yanında ən mənfur əməldir.

İmam Baqir (ə) buyurur: “Allah çox təlaq edən və müxtəliflik axtaran kişilərə nifrət edər”.

6. Yersiz qeyrət göstərmək.

İslam dini hər bir müsəlman kişinin qeyrətli olmasını imanından bilir. Ancaq hər bir şeydə ifrat etməyi sevmədiyi kimi, qeyrət hissində də həddini aşmağı və yersiz yerə qısqanclıq göstərməyi bəyənmir. Çünki bu hal ailəni cəhənnəmə çevirər və dağılmasına səbəb olar.

İmam Əli (ə) buyurur: “Qadınlara qarşı yersiz qeyrət göstərməkdən çəkinin ki, o sağlam bir qadını yanlış tərəfə çəkər və iffətlini günah düşüncələrinə”.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930