Narahatlıq və nigarançılığın səbəbi Peyğəmbərin (s) bəyanında
Mьəllif: admin1
Tarix: 10-06-2022, 10:18
Narahatlıq və nigarançılığın səbəbi Peyğəmbərin (s) bəyanında
Bəzi narahatlıqlar insanda ənənəvi hal alıb.

Fiziki nasazlıqlar və xəstəliklər insanı narahat etdiyi kimi mənəvi və psixoloji narahatlıqlar və insanları darıxdıran nigarançılıqlarda ona əziyyət verir.

Birinci növbədə bu narahatlıq gətirən amillər araşdırılmalı və köklü şəkildə müalicə edilməlidir.

Təbii ki insanın bəzi narahatlıqları ona edilən zülmlərə əlindən alınan haqlara görə ola bilər. Amma ümdə narahatlıqların amili onun öz əli ilə həyata keçirdiyi əməllər hesab olunur. Bu narahatlıqların dərmanı kimi yaxşılıq etmək və ondan mənəvi həzz almaq insana tövsiyə edilir.

Məhəmməd Peyğəmbərdən (s) nəql edilən hədisdə bu məsələ və onun həlli yolu öz əksini tapmışdır:

“Yaxşılıqla insanın nəfsi (canı) aramlıq tapır və qəlbi xatircəm olur. Amma pisliklə insanın canı narahat olur, sinəsi (ürəyi) tərdidlə dolur”

Digər bir hədisdə buyurulur ki, insanda olan xatircəmlik və rahatlıq yaxşı əməlin nəticəsində xof isə günah nəticəsində yaranır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031