Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Mьəllif: admin1
Tarix: 5-05-2016, 11:00
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Son dövrlərdə ünvanlanan suallardan biri də Məhəmməd peyğəmbərin (s) niyə məhz Ərəbistan Yarımadasından seçilməsi və təbliğatının buradan başlaması sualıdır.

Quranda Ənam surəsinin 124-cü ayəsində buyurulur:

“Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!”

Bu məsələnin dəqiq elmi və hikməti yalnız Allahın yanındadır. Buna baxmayaraq, bəzi tarixi faktlara nəzər salaraq məsələnin nisbətən aydınlaşmasına aydınlıq gətirməyə cəhd olunacaq.

Məhəmməd peyğəmbərin Ərəbistan Yarımadasında doğulması və sonuncu peyğəmbərin məhz buradan seçilməsi üçün aşağıda bir sıra səbəblər qeyd edilir.

1- Altıncı yüzillikdə və ondan öncə Ərəbistan Yarımadasında dövlət olmayıb. Böyük güclərinə baxmayaraq, Rum və İran imperiyaları ərazilərinin böyük hissəsini qumluq, səhralıq və susuzluq təşkil edən Ərəbistan Yarımadasına əsla göz dikmək və oraya ordu yeritmək niyyətində olmamışlar. Burada iqtidarlı dövlətin olmaması sonuncu peyğəmbərliyin başlaması üçün sözügedən ərazini münbit şəraitə çevirmişdi. Yoxsa peyğəmbər və ounun faliyyəti beşikdə ikən susdurula bilərdi.

2- Ərəbistan Yarımadasında hökumət və dövlət yox idi. Əvəzində Qəbilə sistemi ilə idarə olunan cəmiyyətlərdə tayfalar daxili idarə strukturuna malik olmaqla öz fərdlərini qorumağı da öhdəsinə gətürmüşdü. Bəni-Haşim qəbiləsinin hz Məhəmməd peyğəmbəri qoruması (Hətta Bəni-Haşimin bəzi tanınmış üzvləri iman gətirməsələr belə peyğəmbəri digər təcavüzkar qəbilələrdən qorumağı özlərinə borc bilirdilər) islamın əsas inkişaf amillərindən biridir. Halbu ki qəbilə sistemi İran və Rumda çox zəif faktorlardan olub.

3- Ərəbistan Yarımadasında haram aylar var idi. 4 haram ayda döyüş qadağandır. Peyğəmbər döyüşlərin və qətlin haram olduğu bu dörd aydan dinin təbliği üçün lazımi şəkildə istifadə edib, ki dünyanın digər bölgələrində belə ənənələr olmayıb.

4- Kəbə və həcc mərasimi amili: İsmail övladları (Qureyş və sair qəbilələr) bütpərəst olsalar da Kəbəyə və həccə bağlı idilər. İslamın Kəbə ətrafında cəm olmaq haqda çağırışları bütpərəstləri bir yerə cəm edə bilən əsas amillərdəndir. Digər tərəfdən həccə gələn hacılara Quranın çatdırılması islamın daha tez yayılmasına səbəb olub.

5- Qədim zamanlardan Ərəblər Məkkə və Kəbə evini əmin-amanlığın riayət edildiyi məkan hesab edir və bu ənənəyə sadiq qalmağa çalışırdılar. Məhəmməd peyğəmbər isə müşriklərin şərrindən sığınmaq istəyəndə Məkkədə Kəbə ətrafında olardı. Bu zaman müşriklər onu döyməkdən çəkinərdilər.

6- Ərəblər arasında “aman vermək” qanunu: Bəzən peyğəmbər müəyyən Qəbilə başçıları və tanınmış şəxslərin yanına gedərək, onlardan Məkkədə rahat dolanmaq üçün amannamə alardı. Məsələn Məkkədən qaçmağa məcbur olan Peyğəmbər Taifdən yenidən Məkkəyə dönəndə Əb-Mutin amannaməsi ilə şəhərə daxil oldu. Bu amannaməyə əsasən bir müddət heç bir bütpərəst ona yaxın durmazdı və peyğəmbər öz təbliğatını davam etdirərdi.

7- İslamın təbliği üçün Ərəbistan Yarımadasında sadalanan münbit şəraitə baxmayaraq, bu bölgə mədəniyyət və əksər insani dəyərlər baxımından çox geridə qalmışdı. Bölgələr içində bu məkanın daha çox təbliğata ehtiyacı var idi.

8- Ərəb dilinin zənginliyi

9- Şuəra surəsində Allah belə buyurur: “Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bəzisinə) nazil etsəydik; Və o (Quranı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər.”
Digər bir ayədə buyurulur: Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): “Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!” – deyərdilər. (Ya Rəsulum!) De: “O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar). (Fussilət, 44)

Bu iki ayə ərəblərin digər millətlərə müqayisədə öz dilləri məsəsləsində daha çox təəssübkeş olduğunu göstərir. Yəni onlar türk və fars dilində olan müqəddəs kitabı qəbul etməzdilər yaxud da çətinliklə qəbul edərdilər. Bu məsələ Usulu-Kafi əsərində (cild-2, səh-217)İmam Sadiqdən nəql edilmiş hədisdə gəlibdir. Buyurulur ki kitab əcəmlərə nazil edilsəydi ərəblər onu qəbul etməzdilər. Amma ərəblərə nazil oldu və əcəm ona iman gətirdi. İmam ardınca buyurur ki bu əcəmlərin bir üstünlüyüdür.İslaminSesi\


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031