Peyğəmbərlərin göndərilmə səbəbi İmam Əlinin (ə) bəyanında
Mьəllif: admin1
Tarix: 27-07-2020, 08:39
Peyğəmbərlərin göndərilmə səbəbi İmam Əlinin (ə) bəyanında
Əslində Allahın insanlara peyğəmbər göndərməsi onun lütf və mərhəmətindən irəli gəlir və məqsəd insanlara peyğəmbər göndərməklə onları bəzi əməllərlə əsla məşəqqətə salmaq deyil.

Bu lütf və mərhəmət əlamətidir ki Allah bəndələrini yaddan çıxarmır və onları öz başlarına sərgərdan vəziyyətdə qoymur.

Nəhcul-Bəlağə əsərində İmam Əlidən (ə)nəql edilən hədisdə peyğəmbərlərin göndərilmə səbəbləri təfsilatlı şəkildə bəyan edilmişdir:

“Allah camaata öz peyğəmbərlərini göndərdi. Göndərdi ki fitrətlərindəki anlaşmanı və əhdi onların yadına salsın (Quran ayələrinə əsasən insanların hamısı xilqətdən öncə zərr aləmində olarkən pərvərdigarları qarşısında etiraf ediblər ki onların rəbbi Allahdır). Allah peyğəmbərləri göndərdi ki, yaddan çıxmış nemətləri insanların yadına salsın.

Peyğəmbərlərlə təbliğ etdi ki insanlara qarşı höccət olsun (yəni Allah peyğəmbərlər vasitəsilə öz əmrlərini çatdırdı ki, sonra insanlar qiyamətdə ilahi bizə heç nə bildirmədin deməsinlər). Allah peyğəmbərləri göndərdi ki dəfn olunmuş ağılları (ağıllı insanları) üzə çıxarsın və insanlara öz nişanələrini göstərsin.”

Belə anlaşılır ki peyğəmbər yer üzünə insanlara Allahın verdiyi nemətləri xatırlatmaq, onların ağıl və dərrakələrini inkişaf etdirmək üçün gəlibdir.

Gəlibdir ki, insanlar qiyamətdə bizə heç nə deyilməyib deyə bəhanə gətirməsinlər. Peyğəmbərlər gəlib ki insanı mərifətullah məqamına çatdırsınlar.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031