Əhli-beytə (ə) olan sevginin miqdarı və meyarı necə olmalıdır?
Peyğəmbərin (s) buyurduğu hədislərin birində qeyd edilir ki İmam Əliyə (ə) zülm edən əsas iki qrupdur: Biri onun barəsində qüluv edib onu ilahiləşdirənlər, digəri isə onun fəzilətlərini inkar edənlər.
İmam Əli (ə) elə bir şəxsiyyətdir ki onu sevib ilahiləşdirən dindən azmışlar da var, kin küdurətə görə illərlə xütbə və namazlarında onu söyənlər də. Təkcə Üməyyə hakimiyyəti dövründə 70 il məscid minbərlərində belə xətiblər onu lənətləməyə məcbur edilirdilər. Digər tərəfdən isə tarixdə həzrəti Əlinin onun barəsində qüluv edən zümrəni pisləməsi və onları şiddətli şəkildə cəzalandırmasının şahidi oluruq. Əhli-beytin (ə) islam da yeri məlumdur. Peyğəmbərin vəfatından öncə vəsiyyətində Quranla yanaşı Əhli-Beytin gəlməsi (məşhur Səqələyn hədisi) və onlarla digər hədislər imamların özünəməxsus fəzilətini bizə bəyan edir. Bəs bu fəzilətlərin və onlara bəslənən sevginin əsas meyarı nədən ibarətdir? Bu haqda əl-Mucəm əl-Kəbir əsərində İmam Hüseyndən (ə) maraqlı bir hədis gəlibdir: “Bizi islamın məhəbbəti ilə sevin! Allahın rəsulu (Allahın salamı ona olsun) deyərdi: Məni haqqımın dərəcəsindən artıq tanıtdırmayın! Allah məni peyğəmbər seçmədən öncə bir bəndə olaraq yaradıb.” Oxşar xəbərlər
|