Fəzilətlər atasının mövludu mübarək olsun!
Mьəllif: admin1
Tarix: 10-05-2016, 21:17
Fəzilətlər atasının mövludu mübarək olsun!

Həzrət Abbas (ə) dünyaya gələn zaman Ümmil-bənin onu Əmirəl-möminin (ə) qucağına verir. İmam (ə) xanımdan soruşur: “Bu körpənin adını nə qoymusan?”. Ümmil-bənin deyir: “Mən heç bir işdə sizi qabaqlamamışam və etmərəm də. Hər necə istəyirsinizsə, o cür adlandırın”. Həzrət buyurur: “Mən onu əmimin adı ilə Abbas adlandırdım”.
İmamın (ə) mələkut gözü açıq olduğu üçün bu körpənin düşmən qarşısında nə qədər qatı və mərd olacağını qabaqcadan bilirdi. Onu belə adlandıraraq, necə şücaətli olacağını bir daha nişan verdi.
Həzrət Abbasın ən məşhur künyəsi Əbül-fəzldir. Yəni, “Fəzilətlər atası” deməkdir. Bəzi tarixçilərin dediyinə görə, Həzrəti (ə) ona görə belə adlandırırdılar ki, Fəzl adında oğlu var idi. Ancaq bəziləri deyir ki, bu, həmin mübarək insanın fəzilətindən irəli gələn bir künyə olmuşdur. Yəni, Həzrət Abbasın (ə) fəziləti o qədər məşhur idi ki, künyəsi Əbül-fəzl olmuşdur – fəzilətlər atası.
Həzrət Abbas (ə) üzünün ağlığı, gözəl olması və qamətinin hündür olmasına görə “Qəməri-Bəni-Haşim” – “Bəni Haşimin Ayı” ləqəbini almışdır. Üzündə o qədər nur var idi ki, Ay kimi parlayırdı.
Həzrət Abbas (ə) İmam Həsən (ə) sağ olan zamanlarda qardaşına yardım edir və çətinlikləri aradan qaldırmaq üçün səy göstərərdi. Bu məsələ onun tərəfindən İmam Həsən (ə) şəhid olandan sonra İmam Hüseynə (ə) münasibətdə də həyata keçirilirdi. Nə zaman yoxsullar İmamın (ə) yanına yardım üçün gəlirdilər, Həzrət Abbas İmam (ə) tərəfindən onların ehtiyaclarını aradan qaldırmaq üçün məmur edilirdi. Ona görə də onu Babəl-həvayic də adlandırırdılar.
Məsumlarımız (ə) öz kəlamlarında daima Həzrət Abbası (ə) mədh etmişdilər. İmam Əli (ə) şəhadət yatağında olan zaman onu çağırmış və sinəsinə basaraq buyurmuşdu: “Tezliklə Qiyamət günü gözüm səninlə aydınlanacaqdır”.
İmam Hüseyn (ə) Tasua günündə Həzrət Abbasa buyurur: “Qardaşım! Canım sənə qurban olsun! Ata min və düşmənə tərəf get”. Bu sözlərdə İmamın (ə) Həzrət Abbasa olan sevgisini və məhəbbətini açıq şəkildə hiss etmək olar.
İmam Sadiq (ə) onun barəsində belə buyurur: “Şəhadət verirəm ki, sən təslim məqamında idin. İmam Hüseyni (ə) təsdiq etdin. Allahın hüccətinə vəfadar qaldın və İmamına (ə) qarşı xeyirxah oldun”.
İmam Hadi (ə) buyurur: “Salam olsun Əbül-fəzl Abbasa! Əmirəl-möminin (ə) oğluna! O kəs ki, fədakarlığı və qardaşlığı ilə canını qardaşı İmam Hüseynə (ə) qurban etdi. O kəs ki, dünyanı axirət üçün vasitə qərar verdi. O kəs ki, özünü fədakarcasına qardaşına fəda etdi. O kəs ki, dinin və Hüseyn (ə) ordusunun gözətçisi idi”.
Əbül-fəzl Abbas uşaqlıq dövründən şəhadət zamanına qədər qardaşına çox bağlı bir insan olmuşdur. Həzrət Abbasın (ə) uşaqlıq dövründən nəql edirlər ki, bir gün İmam Hüseyn (ə) məsciddə su istəyir. Abbas həmin zamanda çox kiçik olmasına baxmayaraq, məsciddən bayıra qaçır və qamətinin kiçik olmasına baxmayaraq, böyük zəhmətlə su qabı ilə qardaşına su gətirir və onu böyük ehtiramla İmama (ə) təqdim edir. Başqa bir gün ona bir salxım üzüm verirlər. Görürlər ki, evdən qaçıb gedir. Soruşurlar ki, hara gedirsən, deyir ki, istəyirəm bu üzümü mövlam Hüseynə (ə) aparım”. (Erfan)
Salam olsun sənə, ey Əbül-fəzl Abbas!
Mövludun mübarək, ey İmam Hüseynin (ə) əziz qardaşı!

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930