Gözəl əxlaqın 10 komponenti
İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq 10 şeydir, əgər bacarsan onlara malik ol. Bəzən bir şəxsdə o olur, övladında olmur. Bəzən övladında olur, atasında olmur. Bəzən qulda olur, azadda olmur”. Soruşurlar ki, onlar hansılardır? Həzrət (ə) buyurur: 1. Allah yolunda sadiq və şücaətlə vuruşmaq. 2. Düz danışmaq. 3. Əmanətdarlıq. 4. Sileyi-rəhm. 5. Qonağa qulluq etmək. 6. Yoxsula yemək vermək. 7. Yaxşılıqların əvəzini vermək. 8. Elə iş görməmək ki, qonşunun məzəmmətinə səbəb olsun. 9. Dostun haqqına riayət etmək. 10. O kəs ki, Xaliq və məxluq qarşısında həyaya malik olar”. (Həya bütün məkarim əxlaqın başında durur). Oxşar xəbərlər
|