Zahiri bər-bəzəyə aldanmaqla özümüzü zəlil etməyək, həqiqi izzəti axtaraq
“Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur”. (“Nisa” 139). İzzət insanın fitri ehtiyacıdır. İzzət istəmək insanın mənəvi və ruhi ehtiyacıdır və hər bir insan onun ardınca olar. Hər bir insan öz etiqad və fikirlərinə əsasən izzəti müxtəlif şeylərdə axtarar. Ona görə də əgər insanın etqadı düz yolda deyildirsə, ola bilsin ki, su tapmaq yerinə ilğıma rast gəlsin. O, böyük zəhmət çəkər, amma nəinki izzətə çatar, əksinə - səhv və xata da edər, xarlıq da əldə edər. Bəzən insan izzətə çatmaq üçün səhv edir. Yabançı mədəniyyətin bər-bəzəyi onun gözünü kor edir, belə düşünür ki, əgər onlar kimi yaşasa, izzətə çata biləcəkdir. Misal üçün onlar kimi yemək yeməyə səy edər. Bununla fəxr edər və başqalarını da bu işə həvəsləndirər. O kəslərin ki, etiqadı zəifdir, bu təbliğata tərəf cəzb olunarlar. Belə düşünür ki, əgər belə yemək yeməsə, ona deyərlər ki, geridə qalmısan. Bu rəqabət bazarı o qədər qızışar ki, avropalılara bənzəməyə başlayarlar. Quran buyurur: “Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10). Ailə üzvləri səy edər ki, həyatının hər bir sahəsində onlara bənzəsinlər. Misal üçün, ailədə feminist təfəkkürü meydana gələr. Valideyn övladı ilə rabitəsi bu “azadlıq” etiqadı üzərində qurular. Qız və oğlan rabitəsi də bu təfəkkürün təsiri altına düşər. Bəzi dar düşüncəli insanlar avropalılara bənzəyənlər üçün ürəkləri gedir. Daima təəəssüf edərlər ki, niyə həyatları onlarınkı kimi deyildir. “(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir»”. (“Qəsəs” 79). Bu insanlar Qarunun həyatına həsəd aparan o zəlil insanları xatırladır. Halbuki, Qarunun dünya və axirət əzabından qafil olurlar. Allah Təala həqiqi izzəti Öz bəndəliyində bilir və buyurur: “Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır.Onların hiylələri puç və təsirsizdir”. (“Fatir” 10). “Halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər”. (“Munafiqun” 8). Ona görə də özlərini xaricilərə bənzətmək istəyən bir dəstə insan kafirləri özlərinə örnək hesab edir və çalışırlar ki, həyat tərzlərini onlara bənzətsinlər. Bu insanlar gərək həyat tərzlərinə bir daha diqqət edib özlərini nə qədər aldatdıqlarının şahidi olsunlar. Onlar su tapmaq yerinə ilğıma tərəf gedirlər və bu yol heç bir zaman onları həqiqi suya tərəf aparmaz. Ancaq İlahi təfəkkür insana nicat verə bilər. (Tebyan) /Deyerler.org/ Oxşar xəbərlər
|