Elmlə dini üz-üzə qoymaq istəyənlərə möhtəşəm cavab
Hər şeydən əvvəl dünyanın mövcud olmasının özü bir möcüzədir. Dünyada nizamın, mürəkkəblilik ehtimalının mövcudluğuna imkan verən dəqiq tənzimləmə və dəqiq riyazi düsturlara əsaslanan qanunların olması möcüzədir
İnsan genomu layihəsinin rəhbəri həkim və genetik Fransis S. Kollinz Milli Səhiyyə İnustutun direktorudur. Eyni zamanda dinlə elmin üst-üstə düşməsini dəstəkləyən qrupun -"BioLogos" (Biologos.com) fondunun yaradıcısıdır. Elm və din bir-birinə uyurmu? Mən təbiəti elmi üsullardan istifadə etməklə anlamağa çalışan biri kim üstünlüyə sahibəm. Ancaq aydın məsələdir ki, elmin tam mənada cavablandıra bilmədiyi, həqiqətən, mühüm suallar mövcuddur. Nə üçün heçlik yerinə varlıq mövcuddur? Biz nə üçün burdayıq? Bu cür suallarla qarşılaşdıqda cavab tapmaq üçün dinin daha yaxşı yol göstərdiyini aşkarlamışam. Müasir mədəniyyətin elmi və dini təsəvvürlərin bir-birinə zidd olması ilə əlaqədər geniş yayılmış fərziyəyə əsaslanmasının təəcüblü dərəcədə gerilik olduğunu düşünürəm. Bu təsəvvürlərin bir-birinə zidd olduğunu düşündükdə nə itiririk? Müvafiq sahələri anlaşıldıqda və əlaqələndirildikdə elm və din faktiki olaraq bir-birini qarşılıqlı şəkildə zənginləşdirə və tamamlaya bilər. Diqqəti adətən spektrin istənilən kənarı ilə əlaqədar antoqonist prespektivləri əks etdirən karikaturalar cəlb etsə də, əksər insanlar adətən spektrin təxminən ortalarında yaşayırlar. Çiçəyin necə gül açdığını bildiyimiz üçün bu hadisənin möcüzə olmadığını bildirmisiniz. Bir genetik olaraq insan həyatını fundamental səviyyədə öyrənmisiniz. Onun hər hansı bir mərhələsində möcüzə varmı? Bəli var. Hər şeydən əvvəl dünyanın mövcud olmasının özü bir möcüzədir. Dünyada nizamın, mürəkkəblilik ehtimalının mövcudluğuna imkan verən dəqiq tənzimləmə və dəqiq riyazi düsturlara əsaslanan qanunların olması möcüzədir. Bunu görə bilən diqqətli müşahidəçi bütün bunların arxasında bir "qüvvə" olması qənaətinə məcburən gəlir. Məncə bu bir möcüzə - elmin izah edə bilmədiyi dərin bir həqiqət hesab olunur. Oxşar xəbərlər
|