Həzrət Xızr (ə)
Qurani-kərimdə 26 peyğəmbərin adı dəqiq göstərilmiş 4-nə isə işarə edilmişdir. Bu dörd peyğəmbərdən biri Xızrdır (ə). Hədislərə əsasən “Kəhf” surəsinin 65 – ci ayəsi Xızr peyğəmbərə (ə) işarədir. Sözügedən ayədə Həzrət (ə) beyə vəsf edilir: “(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) Ayəyə əsasən Xızr (ə) Allahın rəhmətinə aid edilmiş, qeybi elm verilmiş xüsusi bəndələrindəndir. Bəzi hədislərə istinadən onun adı Talya ibn Melkandır, Xızr isə onun ləqəbidir. Çünki “xızr” sözünün mənası yaşıl deməkdir. Çünki, o qədəm basdığı yer yaşıllığa bürünürdü. Habelə bəzi hədislərdən istifadə olunur ki, Xızr (ə) Allahın peyğəmbərlərindəndir. “Kəhf” surəsinin 82-ci ayəsi “(Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim).” də buna şahiddir. Həzrət Xızrın (ə) ömrü barəsində hədislərə istinadən deyə bilərik ki, uzun ömrə (qiyamət gününədək) sahibdir və hal-hazırda diridir[1]. İmam Baqir (ə) buyurur: “Xızr (ə) mürsəl peyğəmbərlərdən idi. Allah-Taala onu öz qövmünə onları təhallahlığa, peyğəmbərlərə, asimani kitablara iman gətirməyə dəvət üçün göndərmişdir. Onun möcüzəsi bu idi ki, hər hansı yerə quru çöp basdırdıqda həmin yer və çubuq yaşıllaşırdı. Buna görə də onu “Xizr” (yaşıl) adlandırdılar”. Həzrət Xızr (ə) Nuh peyğəmbərin (ə) nəslindəndir. Həzrətin Nuha (ə) nisbəti belədir: Talya ibn Melkan ibn Abir ibn Ərfəxşəd ibn Sam ibn Nuh (ə)[2]. Həzrət Xızr (ə) barədə deyilən dastanları bir yerə toplasaq şübhəsiz ki, çox vərəqli kitab alınacaqdır. Onlardan bir neçəsini qeyd etmək istərdik. Köləlik İslam Peyğəmbəri (s) bir gün səhabələrinə buyurdu: “Xızr barədəki xatirələrdən birini sizin üçün danışmağımı istəyirsinizmi? Dedilər: “Bəli, ey Allahın Rəsulu!”. Həzrət (s) buyurdu: “Bir gün Xızr Bəni-İsrailə aid bazardan keçirdi. Fəqirlərdən biri onu tanıdı və yaxınlaşıb kömək dilədi. Xızr (ə) dedi: “Allaha imanım var, lakin yanımda sənə verməyə birşeyim yoxdur”. Fəqir dedi: “Sənin çöhrəndə nuraniyyət, xeyir və bərəkət görürəm. Allahın abrına xatir mənə kömək et!”. Həzrət buyurdu: “Sən böyük şeyə and verdin. Sənə verməyə heç nəyim yoxdu. Məni qul kimi bazarda sat və pulunu özünə götür”. Fəqir dedi: “Bu iş düzgündürmü?” Xızr dedi: “Sən məni böyük şeyə and verdin. Bunu görməməzliyə vura bilmərəm. Məni sat! Fəqir Xızrı dörd yüz dirhəm müqabilində bir tacirə satdı”[3]. Həzrət Xızr və İmam Əli (ə) İbn Babiveyh İmam Əlidən (ə) müfəssəl bir hədis nəql etmişdir. Onun bir hissəsini nəql edirik: “Məsciddə Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdayam istədiyinizi məndən soruşun.” Məsciddən bir kişi qalxıb yaxına gəldi və ərz etdi: “Ey Əmir əl-möminin, məni elə bir işə hidayət et ki, onu yerinə yetirməklə Allah mənə oddan nicat versin.” Buyurdu: “Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun! Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma! )N$O@O#$R%_^P&A(G*E! 96İnsanlar üç dəstədir: Mömin, hövsələli və dünyaya həris. Mömin nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: “Həmin dövrdə möminin əlaməti nədir?” Buyurdu: “Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər”. )N$O@O#$R%_^P&A(G*E! 97Həmin kişi “Doğru dedin, ey Əmirəl-möminin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: “Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi”[4]. )N$O@O#$R%_^P&A(G*E! 102Bir gün İslam döyüşçüləri Həzrət Əlinin (ə) ətrafına yığışdılar. İmam (ə) çıxışında Allaha həmd və sənadan sonra İslam başçılarının hüququ barədə onun yolu ilə gedənlərə qiymətli və mühüm bir bəyanla söhbət etdi. Bu vaxt İmamın (ə) əshabından biri ayağa qalxıb Həzrəti tərif etməyə başladı. Bu şəxsi o günə qədər Əlinin (ə) ordusunda görməmişdilər. Həmin kəs Allaha həmd və səna etdikən sonra İmam Əlini (ə) belə alqışladı: “Sən bizim rəhbərimiz və biz də sənin rəiyyətinik. Allah təala sənin vasitənlə bizi zillətdən izzət yoluna doğru və sair bəndələri də köləlik boyunduruğu altından nicat verdi. Biz sənin ixtiyarında və fərmanın altındayıq. Düz danışan, natiq və müvəffəq hakim, eləcə də fərasətli malik sənsən. Heç rəva deyil ki, sənə itaət olunmasın. Biz sənin elm və kamalını heç kəsin elmi ilə müqayisə etmirik. )N$O@O#$R%_^P&A(G*E! 103Sənin əzəmət və cəlalın bizim yanımızda çox böyükdür və sənin fəzilətlərin bizim yanımızda təsəvvür etdiyimizdən daha yüksəkdir”. )N$O@O#$R%_^P&A(G*E! 103)N$O@O#$R%_^P&A(G*E! 103Amma bu şəxsin kim olması aydın deyildi. Əllamə Məclisi bu barədə belə deyir: “Məlum olur bu şəxs həzrət Xızrdır (ə). O, İmam Əlinin (ə) haqqını tanıtdırmaq, xalqa höccəti tamamlamaq üçün aşkar olmuşdur”[5]. Xızrın (ə) nəsihətləri O kəsə bağlan ki, ona bağlanmaq sənə ziyan verməz. Ondan başqasına bağlanmaq isə sənə fayda verməz. Söz gəzdirməkdən pəhriz et, çəkin. Hədəfsiz, lüzumu olmayan hərəkətlərdən çəkin. Yersiz və təəccübsüz gülmə. Xəta edəni xətasına görə danlama. (mülayimliklə onu xətasından çəkindir yoxsa xətasında daha da irəli gedər). Öz xətalarına görə Allah dərgahında göz yaşı tök, ağla[6]. Heç kəsi günahda ittiham etmə. Allah yanında ən sevimli əməl üçdür; varlı olduğun zamanda orta həddə yaşamaq, qüdrətli olduğun zamanda əfv edib güzəştə getmək və Allah bəndələri ilə dostcasına davranmaq. Elə bir kəs yoxdur ki, Allahın bəndələri ilə dostcasına davransın, lakin Allah onunla axirətdə dostcasına davranmasın. Bütün hikmətlərin başı Allahdan qorxmaqdır[7]. Bir işi görmək üçün Allaha and verələr və qüdrəti çatan halda onu yerinə yetirməyə qiyamət günü üzündə qan və ət olmayan halda məhşur olar[8]. Oxşar xəbərlər
|